Badamdar yamacında sürüşmənin qarşısının alınmasına dair layihənin icrasına başlanılıb
19.06.2020 [08:48]
Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün kompleks tədbirlərdən ibarət layihə işlənilib hazırlanıb. Artıq layihənin həyata keçirilməsi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli jurnalistlərə müsahibəsində deyib.
T.Hüseynli bildirib ki, Badamdar yamacında böyük bir layihə həyata keçirilir. Uzun müddətdir bu ərazidə Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin və mütəxəssislərinin iştirakı ilə tədqiqat işləri aparılıb. Tədqiqat işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri, eləcə də Yaponiyanın şirkətləri də iştirak ediblər. Genişmiqyaslı tədqiqat işlərinin nəticələri araşdırılıb, təhlil olunub və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitutu Yaponiya şirkətləri ilə birlikdə bu yamacdakı problemləri birdəfəlik həll etmək üçün kompleks tədbirlərdən ibarət layihə hazırlayıb. Artıq layihənin həyata keçirilməsinə başlanılıb. Bu layihə bir neçə mərhələdə həyata keçiriləcək. Hələlik layihə yamacın üst hissəsində icra olunacaq. Burada layihə üzrə üç drenaj quyunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30 metr, diametri 3,5 metrdir. Quyular arasında məsafə isə 42-50 metrdir.
T.Hüseynli qeyd edib ki, məqsəd yamaca daxil olan suları kənarlaşdırmaqdır. Bu quyuların qazılması ilə bərabər, paralel olaraq yamacın terrastlaşdırılması işi aparılacaq. Yamacda terraslaşma işi bu quyular müəyyən qədər qazıldıqdan sonra, yəni, artıq sular kənara aparıldıqdan sonra başlanacaq. Əsasən dörd terras nəzərdə tutulub ki, bunların səthləri dəmir betonla örtüləcək və xüsusi ankerlər vasitəsilə yamaca bərkidiləcək. Ondan sonra Badamdar istiqamətindən “20-ci Sahə”yə doğru gedən hissəyə qədər ərazidə təbii torpaq kütləsi ilə yenidən terraslaşma işi görüləcək. Daha sonra Badamdar-”20-ci Sahə” istiqamətində yolboyu sağ tərəfdə uzunluğu təqribən 1200 metr olan qoruyucu divar inşa ediləcək. Sonda da yamacda abadlaşdırma işləri aparılacaq. Çünki bu yamac şəhərin bir çox yerindən görünür. Ona görə də yamacın ümumi görünüşünün gözəlliyi mühüm əhəmiyyət daşıyır.
Bütün işlərin eyni vaxtda aparılmasının mümkün olmadığını deyən rəis müavini bildirib ki, burada əsas məsələ yamacın stabilliyini təmin etməkdir. Bunun üçün ilk növbədə yamacda sürüşmənin baş verməsinə səbəb olan yeraltı sular tənzimlənməlidir. Bununla bağlı müvafiq qurğular Yaponiyadan gətirilib və qazıntı işlərinə başlanılıb. Quyulara pilləkənlər qoyulacaq, xüsusi nasoslar quraşdırılacaq. Bunun da sayəsində suyun səviyyəsi qalxdıqca avtomatik surətdə sahədən kənərlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq və digər işlər də paralel aparılacaq.
“Tikintini aparan yerli şirkətlərdir. İndi yollar bağlı olduğuna görə yaponiyalı mütəxəssislər bu işlərə onlayn qaydada nəzarət edirlər. Görülən işlər haqqında onlarla daim məsləhətləşmələr aparırıq. Bu layihə Azərbaycanda yeni bir iş deyil. Biz Yaponiya şirkətləri ilə Bayıl yamacında da bu işləri həyata keçirmişik. Artıq neçə ildir ki, orada heç bir problem yoxdur. Həmin ərazidə üç quyu qazılıb və fəaliyyətdədir, yeraltı sular daim kənarlaşdırılır. Burada da effektli iş həyata keçirəcəyik. Yamacda qazılacaq üç quyu ilə su problemi həll olunacaq”, - deyə rəis müavini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20

