Vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər
13.06.2020 [09:33]
Ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentinin bütün qapalı yerlərdə tibbi maskadan istifadə etməsindən hər kəs nümunə götürməlidir
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Bunun səbəbi insanlar arasında bir arxayınlıq yaranması, bəzi vətəndaşların qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən tibbi maska taxmamaları ilə bağlıdır. Mütəxəssislərin qənaətinə görə, maska taxmaq virusa yoluxma riskini 90 faizədək azaldır. Bu səbəbdən hər bir şəxs tibbi maskalardan istifadə etməklə həm də bir nümunə ortaya qoymalıdır. Bu məqamda qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev qapalı yerlərdə tibbi maskadan istifadə etməklə yenə də mühüm şəxsi nümunə göstərdi. Və indiyədək ictimai yerlərdə maska taxmayan insanlar dövlət başçısının çox zəruri olan davranışından özləri üçün nəticə çıxarmalıdırlar.
Xatırladaq ki, son vaxtlar yaranmış vəziyyətlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar verib. Həmin qərarlara əsasən müəyyən edilmiş yerlərdə tibbi maskalardan istifadənin məcburiliyi təsbit edilib, həftə sonları karantin rejimi gücləndirilib. Bu qərarlardan sonra vətəndaşlar arasında qoruyucu tibbi vasitələrdən, maskalardan istifadə edənlərin sayı da artıb. Yeri gəlmişkən, iyunun 9-da modul tipli üç xəstəxananın açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir: “Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur”.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün qadağalar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədinə xidmət edir. Millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir: “COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Bilirsiniz ki, son 10 gün ərzində virusa yoluxanların sayının artması yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizliyindən irəli gəlir. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti bütün qapalı yerlərdə tibbi maskadan istifadə edir. Hər kəs bundan nümunə götürməli, ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə olunmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur. Eləcə də gigiyenik qaydalara əməl edilməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlanmalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”.
Millət vəkili Anar Məmmədov da bildirib ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir. Onun sözlərinə görə, vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir: “Məsafənin saxlanması, maskadan istifadə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Karantin rejimi yumşldılandan sonra mollara və digər mağazalara yenə insan axını baş verir. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”.
Millət vəkili deyib ki, bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin bütün qapalı yerlərdə tibbi maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir: “Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Dövlət başçısının qeyd etdiyi kimi, cəmiyyətimiz yeni davranış qaydaları çərçivəsində yaşamağa öyrəşməlidir. Yumşaldıcı addımlar atılmasına baxmayaraq, xəstələrin sayı kəskin artacağı təqdirdə, yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

