Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir
12.06.2020 [09:19]
Ekspertlərin qeyd etdikləri kimi, pandemiyaya qarşı mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər öz müsbət nəticəsini verib. Belə ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Lakin karantin rejiminin yumşaldılması dövründə yoluxma hallarının artması müşahidə edilir ki, bu da məhdudlaşdırıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini gündəmə gətirib. Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Təbii ki, sözügedən qərarın icrasını yüksək səviyyədə təmin etmək üçün Azərbaycan polisi öz xidməti borcunu yüksək peşəkarlıqla yerinə yetirib və sərt karantin rejiminin tələblərini pozanlara qarşı müvafiq tədbirlər görülüb.
Əfsuslar olsun ki, bəzi radikal müxalifət təmsilçiləri isə karantin rejiminin sərtləşdirilməsini sabotaj etməyə uğursuz cəhdlər göstərir, sosial şəbəkələrdə təxribat xarakerli çağırışlar səsləndirirlər. Sevindirici haldır ki, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri indiki şəraitdə polis əməkdaşlarının öz peşə fəaliyyətini yerinə yetirmələrinə hərtərəfli dəstək verirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, həmişə ictimai asayişi və təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi bu dəfə koronavirusun yayılmasının qarşısının alınması üçün əhalinin sağlamlığının keşiyində dayanıb: “Vətəndaşlar başa düşməlidir ki, bu risk təkcə onların həyatına deyil, bizim hamımızın sağlamlığına təhlükə törədə bilər. Buna görə də pandemiya ilə mübarizənin əsas şərtlərindən biri tətbiq edilmiş qaydalara qeyri-şərtsiz riayət etməkdir. Dövlətin tətbiq etdiyi qaydalara əməl olunmasına nəzarət isə Azərbaycan polisinin birbaşa vəzifəsidir”.
Koronavirusa qarşı mübarizədə polis əməkdaşlarının fədakarlıq nümayiş etdirdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, təəssüf ki, sərt karantin rejimi tətbiq edildiyi günlərdə xoşagəlməz hallar da baş verib: “Qaydalara riayət etməyən bəzi vətəndaşlar polis əməkdaşları tərəfindən saxlanılarkən müqavimət göstəriblər. Halbuki hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, dövlətin pandemiya ilə apardığı ciddi mübarizədə vətəndaşlıq borcunu yerinə yetirməlidir”.
Pandemiya dövründə həyata keçirilən tədbirlərin icrası sahəsində polisin olduqca mühüm funksiya yerinə yetirdiyini xatırladan deputat bildirib ki, polis əməkdaşlarının təhqir olunması, onlara qarşı qanunazidd hərəkətlər edilməsi yolverilməzdir: “Polislərimiz hər zaman vətəndaşlara əl tutublar, onlara qarşı yüksək həsasslıq, diqqət və qayğı göstəriblər. Polislərimizin bu humanist münasibətinin qarşılığında bəzi vətəndaşların polisə qarşı göstərdiyi nalayiq münasibət nəinki qanun pozuntusu,eyni zamanda, Azərbaycan xalqının mənəvi dəyərlərinə zidd hərəkətlərdir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə deyib ki, xalqımızın rifahı, sağlamlığı naminə atılan addımlara, həyata keçirilən tədbirlərə əhalinin əksəriyyəti dəstək verib: “Sonuncu iki günlük sərt karantin dövründə ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Həm vətəndaşlar, həm də polis əməkdaşları nümunəvi davranıblar”.
Xüsusi karantin dövründə ən çətin vəzifənin həkimlərlə yanaşı, polislərin üzərinə düşdüyünü vurğulayan K.Cəfərov bildirib ki, sosial şəbəkələrdə polisə qarşı təxribat xarakterli çağırışlar xalqın həmrəyliyinə və birliyinə təsir edə bilməyəcək: “Polis kifayət qədər peşəkar və səbrli xidmət göstərir. Elə ən çox riskə məruz qalan da polislərdir. İctimai asayişi qoruyan da Azərbaycan polisləridir. Hansısa epizodik hadisə və ya sosial şəbəkələrdəki rəylər həmrəylimizə, birliyimizə təsir edə bilməz. Əksinə, bu, cəmiyyət olaraq bizi daha da güclü edir”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

