Hər kəs pandemiya ilə mübarizədə ciddi məsuliyyət nümayiş etdirməlidir
04.06.2020 [09:25]
Ekspertlər qeyd edirlər ki, yeni növ koronavirus infeksiyasının təsirlərindən mümkün qədər qorunmaq üçün bütün tələblərə riayət olunmalıdır
Sirr deyil ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri öz nəticəsini verdi. Belə ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələdi. Lakin xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi vətəndaşların məsələyə, necə deyərlər, loyal yanaşmasındadır. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, pandemiyanın başlamasından sonra ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Onun sözlərinə görə, bu gün Azərbaycan səhiyyəsinin hansı səviyyədə baş verə biləcək dalğanın qarşısını ala biləcəyi və bunu hansı şəkildə edə biləcəyi ilə əlaqədar xüsusi planı var: “Buraya yeni müalicə müəssisələrinin, qısa müddətdə bir neçə modul tipli xəstəxananın açılmasını aid etmək olar. Bu gün dövlət tərəfindən sadəcə tibbi nöqteyi-nəzərdən deyil, iqtisadi, sosial, psixoloji və bir çox məsələlərə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun olaraq karantin şərtlərinin yumşaldılması və məhdudiyyətlərin ləğv olunması həm hökumət, həm də cəmiyyət üçün arzuedilən yoldur və bu yol məharətlə keçilib”.
Rəşad Mahdumov bildirib ki, COVID-19, yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. O, ən səmərəli müalicə formasının sosial izolyasiya, ən səmərəli yolun verilən tövsiyələrə əməl etmək olduğunu deyib: “Ən başlıcası isə, bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəsilin nümayəndələri görüş və ünsiyyət formasında indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVID-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir. Əlli il bundan əvvəl də belə olub və yüz il də bundan sonra üçün aktual olan bir həqiqət var. İnfeksiyaların yoluxma və artmasının, xəstəxana içərisində təhlükələrin azaldılması üçün ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik”.
“Ölkəmizdə yeni növ koronavirus infeksiyasının qarşısının alınması, eyni zamanda, karantin dövründə əhalinin sosial rifahının qorunması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən xüsusi minnətdarlıq hissi ilə qarşılanır”. Bu fikirləri isə Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Azərbaycan dövlətinin Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoyduğunu bildirən millət vəkili vurğulayıb ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə həyata keçirildi. Onun sözlərinə görə, belə bir çətin dönəmdə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərt idi: “Respublikamızda dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı. Ən mühüm məqam odur ki, ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin problemlə mübarizədə qətiyyətini, atdığı addımlarla insanların yanında olduğunu gördü. Ümumiyyətlə, Prezidentin son üç aylıq fəaliyyətinə nəzər saldıqda görərik ki, dövlət başçısı koronavirusla mübarizənin qarşısının alınması və karantinlə əlaqədar vətəndaşların sosial rifahının pisləşməməsi üçün gərəkən bütün addımları atıb. Beləliklə, tətbiq olunan xüsusi rejim şəraitində biz xalq olaraq pandemiyanın ilkin mərhələsindən az itkilərlə çıxdıq”.
“Lakin bu gün xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra dövlətimiz tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, qoruyucu tibbi vasitələrdən istifadə olunmaması əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermir. Nəzərə almaq lazımdır ki, vətəndaşlar ölkəmizdə koronavirusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsələr, gigiyenik qaydalara əməl etməsələr, bu, nəticədə daha çox yoluxma hallarının və risklərin artmasına gətirib çıxaracaq. Ona görə də karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır. Vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Hər kəs gigiyenik qaydalara əməl etməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bu, ilk növbədə, özümüzün, yaxınlarımızın, bütövlükdə, cəmiyyətimizin qorunması üçündür. Buna görə də həmrəylik nümayiş etdirib, TƏBİB tərəfindən pandemiya ilə əlaqədar olan maarifləndirmə işlərinə ciddi şəkildə riayət edək, gələcəyimiz naminə bütün qaydalara məsuliyyətlə yanaşaq. Əks təqdirdə, karantin rejiminin yenidən sərtləşdirilməsi artıq günün tələbi olacaq”, - deyə deputat qeyd edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

