/ / Bahar Muradova: Uşaqların layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Bahar Muradova: Uşaqların layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir
02.06.2020 [09:36]
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn videokonfrans keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, onların ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması məqsədilə yaradılan “Uşaq Səfirlər Məclisi” uşaq hüquqlarının pozulması və buna səbəb olan hallar baş verdikdə, problemin aidiyyəti qurumlar qarşısında qaldırılması və həlli istiqamətində tədbirlərin görülməsi baxımından qarşıya mühüm bir missiya qoyur.
Konfransı giriş sözü ilə açan Bahar Muradova “Uşaq Səfirlər Məclisi”nə seçilmiş uşaqları fəaliyyətə başlamaları münasibətilə təbrik edib, məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzulayıb.
Komitə sədri, həmçinin “uşaq səfirləri” və onların timsalında Azərbaycan uşaqlarını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb. Daha sonra dövlət uşaq siyasətindən danışan Komitə sədri ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Konfrans iştirakçıları dövlət tərəfindən uşaqların hərtərəfli inkişafına yönəlmiş siyasətin geniş imkanlar yaratdığını bildirərək, dövlətimizin başçısına bu diqqət və qayğıya görə təşəkkür ediblər. Onlar uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, “Uşaq Səfirlər Məclisi”nin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edərək, Məclisdə uşaqların səsi olaraq onları təmsil edəcəklərinin sevincini paylaşıblar.
Özlərini təqdim edən hər bir iştirakçı ölkəmizdə təhsil sahəsində müasir texnologiyalar və yeniliklərin təbliği, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, uşaqların mədəni-estetik zövqünün, ümumi dünyagörüşünün inkişafı, valideyn məsuliyyəti, COVID-19 pandemiyası şəraitində uşaq psixologiyası, eləcə də, sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların internet təhlükəsizliyi kimi önəmli mövzulara toxunublar. Bununla yanaşı, uşaqlar “Məktəblinin dostu”, “Uşaqdan uşağa”, “Mənim kiçik dostuma hədiyyəm” layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq, bu istiqamətdə öz fikir və təkliflərini səsləndiriblər.
Yekunda Komitə sədri Bahar Muradova “Uşaq Səfirlər Məclisi” üzvlərinin hər birinin qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. O, uşaqları hər zaman bir-birilərinə dəstək olmağa, birlik nümayiş etdirməyə çağırıb.
Uşaqlar isə “Uşaq Səfirlər Məclisi” layihəsinin səmərəli və uzunmüddətli olacağına əminliklərini ifadə edərək, üzərilərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40

