/ / Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05.04.2020 [17:01]
Öz peşə borclarını layiqincə yerinə yetirən tibb işçilərinin fəaliyyəti əsl qəhrəmanlıq nümunəsidir
Məlum olduğu kimi, dünya miqyasında geniş yayılmış yeni növ koronavirus infeksiyası (COVİD-19) bütün xalqlar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Dünya ölkələri zəruri resurslarını səfərbər edərək bəhs olunan təhdidə qarşı ciddi mübarizə aparırlar. Təbii ki, belə bir şəraitdə koronavius təhlükəsinin daha geniş yayılmaması, virusla yoluxmuş insanların müalicəsi və digər tədbirlərin görülməsində əsas sosial məsuliyyət səhiyyə işçilərinin, xüsusilə həkimlərin üzərinə düşür.
Dünyanın hansı ölkəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, tibb işçiləri, o cümlədən həkimlər koronavirusa qarşı mübarizədə böyük fədakarlıq nümunəsi ortaya qoyurlar. Hətta bu bəladan ilk əziyyət çəkən Çin Xalq Respublikasında, hazırda bu infeksiyanın tüğyan etdiyi Avropa ölkələrində xəstələrin müalicəsi zamanı özləri də yoluxan və dünyasını dəyişən həkimlərin sayı artmaqdadır.
Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır
Azərbaycanda da koronavirusa qarşı mübarizə sahəsində qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür. Bu kontekstdə həyata keçirilən tədbirlərin əsas iştirakçıları məhz səhiyyə işçiləridir. Bu çətin sınaqdan az itkilərlə çıxmaq üçün dövlətin böyük diqqət və qayğısı altında həkimlər əllərindən gələni edirlər. Yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisələrində yaradılan lazımi şərait, müxtəlif ölkələrdən gələn vətəndaşların karantin müddətində saxlandığı yerlərdə göstərilən xidmət və orada həkimlərin fəaliyyətinin təmin olunması bunu bir daha sübut edir. Bir sözlə, koronvirusa yoluxan xəstələrin müalicəsində tibb işçilərinin fəaliyyətinin asanlaşdırılması və bu gərgin fəaliyyət çərçivəsində səmərəli nəticələrə nail olunması üçün dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Bu, bir daha dövlətimizin öz vətəndaşlarının sağlamlığına nə qədər böyük diqqət yetirdiyini göstərir. “Yeni klinika”nın açılış mərasimində dövlət başçısının həkimləri ayaqda alqışlaması və onların fəaliyyətini təqdir etməsi tibb işçilərinin fədakar əməyinə böyük həssaslıqla və yüksək diqqətlə yanaşıldığının bariz göstəricisidir.
Xəstəxananın açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı yüksək dərəcədə artıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərirlər: “Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır”.
Tibb işçilərinin gərgin əməyi yüksək qiymətləndirilir
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da koronavirusla mübarizə aparan tibb işçilərinin, o cümlədən həkimlərin fədakar əməyinə yüksək qiymət verib. Mehriban xanım Əliyeva martın 28-də özünün “İnstagram” hesabından paylaşdığı müraciətdə koronavirus pandemiyasının müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq olduğunu qeyd edərək koronvirusla mübarizəni “gözəgörünməz düşmənlə müharibə” adlandırıb. Birinci vitse-prezident onu da bildirib ki, bu mübarizədə ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, bizim həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər: “Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir”.
Eyni zamanda, Mehriban xanım Əliyeva bu gün tibb işçilərindən dərin zəka və yüksək bacarıqla yanaşı, böyük şəxsi cəsarət tələb olunduğunu və onların bu çətin sınaqdan şərəflə çıxdıqlarını xatırladıb. Hazırda gərgin əmək sərf edən və fədakarcasına çalışan tibb işçilərinin nümayiş etdirdikləri qəhrəmanlığı yüksək dəyərləndirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti onların simasında xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü gördüyünü vurğulayıb.
Heç bir fədakarlıqdan çəkinməyən səhiyyə işçiləri dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar
Bəli, yeni növ koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda həmin xəstəliyə yoluxan vətəndaşların müalicəsi üçün xəstəxanalarda gecə-gündüz çalışan, bəzi hallarda ailələrindən belə təcrid olunmuş vəziyyətdə öz vəzifəsini layiqincə yerinə yetirən həkimlərin əsl qəhrəmanlıq nümayiş etdirdiyi danılmaz faktdır. Təbii ki, səhiyyə işçilərinin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncam imzalaması bunun növbəti bariz nümunəsidir. Sərəncama əsasən koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi həkimlərin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu, həm də onun göstəricisidir ki, heç bir fədakarlıqdan çəkinməyən səhiyyə işçilər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

