Kəngərli rayonu yeni inkişaf yollarında
09.02.2010 [11:04]
Tarixi bir adı özündə yaşadan Kəngərli Naxçıvan Muxtar Respublikasının ən gənc rayonlarından biridir. ölkə başçısı İlham Əliyevin 19 mart 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə yaradılmış bu rayon 1 qəsəbə və 10 kənd yaşayış məntəqəsini əhatə edir. ötən müddət ərzində bölgənin rayon kimi formalaşması üçün ardıcıl tədbirlər həyata keçirilib, Qıvraq qəsəbəsi ərazisi yaxınlığında yeni rayon mərkəzi salınmağa başlanılıb. 2006-cı ilin iyul ayında Kəngərli rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində Muxtar Respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Qısa zaman kəsiyində bölgədə mühüm işlər görülüb
Bu gün Kəngərli Muxtar Respublikanın inkişaf etmiş rayonları sırasındadır. ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və ümumi inkişafımızda fundamental baza rolunu oynayan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Kəngərli rayonunda ardıcıllıqla davam etdirilməsi, bu bölgənin bir rayon kimi formalaşmasında mühüm rol oynayır. Hər il rayonda quruculuq işləri gedir, abadlıq işləri aparılır, yeni müəssisələr qurulur, sosial obyektlər istifadəyə verilir. Təkcə bir faktı qeyd edək ki, 2008-ci ildə rayonda 2 təhsil ocağı, 3 inzibati bina, 3 hərbi hissədə məişət-yaşayış kompleksləri, 2 idman meydançası tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib. Muxtar Respublikanın digər rayonlarında olduğu kimi, Kəngərlidə də ümummilli liderimiz Heydər Əliyevə sonsuz məhəbbət bəslənilir. ümumxalq sevgisinin ifadəsi olaraq rayon mərkəzində-rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu öndərin tunc büstü ucaldılmış və bu abidə rayon sakinlərinin ziyarət yerinə çevrilib.
Son illər Qıvraq qəsəbəsində tikilib istifadəyə verilmiş onlarla inzibati bina, sosial obyektlər bu yurd yerinin gözəllik hüsnünə yeni naxışlar salmaqla yanaşı, yüzlərlə adamın rahat iş yerinə çevrilib. Rayon İcra Hakimiyyəti, vergilər şöbəsi, “Kapital Bank”ın rayon şöbəsi, Qaz İstismar İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, məşğulluq və əhalinin sosial müdafiəsi mərkəzləri, polis şöbəsi, Tarix-Diyarşünaslıq Muzeyi, maliyyə şöbəsi, hərbi şəhərcikdə yaşayış-istirahət kompleksi və digər bu kimi əzəmətli və möhtəşəm tikililər həm də təchizat baxımından olduqca zəngindir. Belə ki, bu binalarda olan otaqların hər biri müasir standartlara cavab verən texniki avadanlıq və vasitələrlə təmin olunub, burada çalışanlar üçün normal iş şəraiti yaradılıb.
Sosial problemlər öz həllini tapıb
Kəngərlidə sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən ilk əvvəl səhiyyə sahəsində görülən işlərə nəzər salmaq istərdik. Bu sırada rayon mərkəzində tikilib istifadəyə verilmiş 40 çarpayılıq mərkəzi xəstəxananı xüsusilə vurğulamalıyıq. 85 nəfər tibbi personala malik xəstəxanada sakinlərin müayinə və müalicəsi üçün əlverişli şərait yaradılıb. Mərkəzi xəstəxanada poliklinika, qadın məsləhətxanası, doğuş, cərrahiyyə, yoluxucu xəstəliklərin şöbələri, təcili yardım şöbəsi, rentgen, laboratoriya, ultrasəslə müayinə, LOR, stomatologiya kabinələri, peyvənd otağı və lazımi dərman preparatları ilə təchiz edilmiş aptek fəaliyyət göstərir. Mərkəzi xəstəxana istifadəyə verildikdən sonra yerli sakinlər sağlamlıqları ilə bağlı daha uzaq yerlərə üz tutmurlar. Rayon əhalisinə xəstəxanada nümunəvi tibbi xidmət günün tələbləri səviyyəsində aparılır. Sevindirici haldır ki, indi rayonda doğulan uşaqlar arasında ölüm hallarına rast gəlinmir. Bu da həmin körpələrin xəstəxana şəraitində dünyaya gəlməsi, onların vaxtlı-vaxtında peyvənd olunması, mütəmadi olaraq tibbi müayinəyə cəlb edilməsi ilə əlaqədardır. Bütün bunları isə kəngərlilər dövlətimizin onlara göstərdiyi yüksək qayğının təzahürü kimi qiymətləndirirlər.
Təqdirəlayiq haldır ki, rayonun kəndlərində də səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir, əhalinin sağlamlığının qorunmasına ciddi diqqət yetirilir. Belə ki, rayonun ucqar dağ kəndi sayılan çalxanqalada 25 çarpayılıq kənd sahə xəstəxanası, Qabıllı kəndində həkim ambulatoriyası əsaslı təmir olunub, Xıncab və Şahtaxtı kəndlərində həkim ambulatoriyaları üçün müasir tipli məktəb binalarında xüsusi otaqlar ayrılıb və onların hər biri lazımi avadanlıq, dərman preparatları ilə təchiz edilib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi, Böyükdüz kəndində də həkim ambulatoriyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Böyükdüzlülər bu səhiyyə ocağının imkanlarından lazımınca istifadə edirlər. Söhbət Böyükdüz kəndindən düşmüşkən bir məqamı da diqqətə çatdırmağı zəruri hesab edirik. Bu da ondan ibarətdir ki, Böyükdüzdə yaraşıqlı kənd mərkəzi tikilib. Kəndə xüsusi görkəm verən bu inzibati binada icra nümayəndəliyi, bələdiyyə, polis sahə müvəkkili, kitabxana, klub, baytarlıq məntəqəsi, poçt və ATS üçün müvafiq otaqlar ayrılıb, burada çalışanlar üçün normal iş şəraiti yaradılıb.
Eyni zamanda, rayonda şəhid ailələri, müharibə əlilləri, qaçqın və məcburi köçkünlər, eləcə də, aztəminatlı vətəndaşlara göstərilən dövlət qayğısını xüsusilə qeyd etmək lazımdır. Belə ki, həmin təbəqədən olan insanlar hər cür qayğı ilə əhatə olunub. çalxanqala kəndində məskunlaşan qaçqınlar üçün 34, Yeni Kərki kəndində yaşayan köçkünlər üçün 42, Şahtaxtı kəndində aztəminatlı ailə, Xıncab kəndində qaçqın ailəsi, Qıvraq qəsəbəsində isə Azərbaycan Vətən müharibəsi əlilləri üçün fərdi yaşayış mənzillərinin tikilərək bu ailələrə hədiyyə edilməsi dövlət qayğısının əyani ifadəsidir.
Rayon əhalisinin elektrik enerjisi və mavi yanacaqla təminatı da xeyli yaxşılaşıb. Qarabağlar kəndində 35/10 kilovoltluq, Qıvraq qəsəbəsində isə 2500 kilovat-amper gücündə yeni yarımstansiyalar quraşdırılaraq istifadəyə verildikdən sonra elektrik enerjisinin keyfiyyətində xeyli dəyişiklik yaranıb. Onu da qeyd edək ki, Muxtar Respublikanın digər bölgələri kimi, Kəngərli rayonu da artıq bir neçə ildir ki, elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Bütün bunlara isə Muxtar Respublikanın enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilən mühüm layihələr hesabına nail olunub. Sutkada 1-2 saat işıq görən, çıraq işığında yaşamış insanların qaranlığa bürünmüş günləri artıq çoxdan arxada qalıb. İşıqlı, aydın günlərə çıxan adamlar sabahlarının bundan da nurlu, firavan olacağına inanırlar. Uzun fasilədən sonra doğma diyarımıza təbii qazın nəql olunması da bu nailiyyətlərdən soraq verir. Qısa zamanda Kəngərli rayon sakinləri də mavi yanacaqdan istifadə edir.
Sosial problemlərin həllindən danışarkən əhaliyə göstərilən rabitə xidmətinin müasir səviyyəsindən söz açmamaq mümkün deyil. Vaxtilə kəndlərdə telefonlu evləri barmaqla saymaq olardı. İndi isə əksinə, telefonsuz evləri saymaq o qədər də artıq vaxt aparmaz. Yaxın gələcəkdə telefonsuz bir mənzilə belə rast gəlinməyəcək. Bu cür inamlı fikir yürütməyə rabitə sahəsində görülən sürətli və kompleks tədbirlər əsas verir. Kəngərli rayonunda da bu sahədə görülən işlərin miqyası gündən-günə genişlənir. Hazırda rabitəçilər rayon üzrə 2500-dən çox abonentə xidmət göstərir. Rabitə xidmətinin keyfiyyətində müsbət dəyişikliklər getdikcə artmaqdadır. Bu isə abonentlər tərəfindən razılıqla qarşılanır.
2007-ci ilin oktyabr ayında ölkə başçısı İlham Əliyevin Muxtar Respublikaya səfəri çərçivəsində Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tikilmiş nəhəng körpünün açılış mərasimində iştirak etməsi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan orta məktəbdə olması rayon əhalisi üçün əlamətdar hadisəyə çevrilib.
ötən il YAP Kəngərli rayon təşkilatının yeni binası istifadəyə verilib
ötən ilin iyul ayının 16-da Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının yeni binası istifadəyə verilib. Müasir üslubda inşa olunmuş bina 2 mərtəbədən ibarətdir.
Binanın birinci mərtəbəsində 48 yerlik iclas zalı və 2 iş otağı yerləşir. Həmçinin, burada müasir qazanxana sistemi də quraşdırılıb. 2-ci mərtəbədə isə 6 iş otağı, arxiv fəaliyyət göstərir. İnzibati binadakı otaqların hər biri müasir dizayn elementlərini özündə ehtiva edir. İş otaqları Muxtar Respublikada istehsal olunan keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təmin edilib. Bir sözlə, inzibati binada YAP Kəngərli rayon təşkilatının fəaliyyəti üçün maksimum şərait yaradılıb.
YAP Kəngərli rayon təşkilatının bu yeni binası rayon təşkilatının ötən il qeyd olunan 5 illik yubileyinə ən böyük töhfə kimi dəyərləndirilir. Məlumat üçün deyək ki, YAP Kəngərli rayon təşkilatı 17 iyul 2004-cü ildə təsis edilib. Bu təşkilat yaradılarkən 11 kənddə 20 ərazi ilk partiya təşkilatında 1215 nəfər YAP üzvü birləşirdi ki, onların 146 nəfəri qadınlar, 344 nəfəri isə gənclər olub. Hazırda isə YAP Kəngərli rayon təşkilatında 46 ilk partiya təşkilatı fəaliyyət göstərir. YAP üzvlərinin sayı 2419 nəfərdir, onlardan qadınlar 774, gənjlər isə 751 nəfərdir.
YAP Kəngərli rayon təşkilatı yaranandan bu günə qədər təşkilatın sıralarına 1262 nəfər qəbul edilib ki, onların 630 nəfərini qadınlar, 700 nəfərini isə gənclər təşkil edir. 2251 nəfər isə YAP üzvlük vəsiqəsi ilə təmin edilib. ümumiyyətlə, hər il təşkilatın sıraları genişlənir. Rayon təşkilatının əhatə etdiyi ərazilərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xariji siyasətin, sosial-iqtisadi islahatların, bütün bu sahələrdə əldə edilmiş uğurların məzmunu və mahiyyəti xalqın geniş təbəqələrinə ətraflı və əsaslı şəkildə izah edilib.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin işini daha da təkmilləşdirməklə partiya sıralarına sağlam məfkurəyə malik olan gənclərin cəlb edilməsinə diqqət artırılıb, bacarıqlı və istedadlı gənclərin qüvvəsindən partiya işində səmərəli istifadə edilməsinə nail olunub. YAP Kəngərli rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi rayon gənclərinin vətənpərvərlik hisslərinin gücləndirməsi məqsədi ilə bir çox tədbirlər keçirib.
Rayonda 2009-cu ildə də quruculuq işləri geniş vüsət alıb
2009-cu il də Kəngərli rayonunun sosial-iqtisadi və mədəni həyatında bir sıra yeniliklər, əldə olunan nailiyyətlərlə yadda qalacaq. Muxtar Respublikamızda həyata keçirilən quruculuq işləri bu rayonu da əhatə edir və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Elə 2009-cu ilin ilk ayında Qıvraq qəsəbəsində inşa edilən sosial obyektlərin sırasına 4 ünvanın adı yazılıb. Bunlardan biri Qıvraq qəsəbəsində istifadəyə verilən qəsəbə mərkəzi olub. İnzibati binada qəsəbə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə müvəkkili, 4300 kitab fondu olan kitabxana, 20 minə yaxın mal-qaraya xidmət edəcək baytarlıq məntəqəsi, mütəxəssis və avadanlıqlarla təmin olunur, “Naxçıvan Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qıvraq Təlim Mərkəzi və 56 yerlik klub fəaliyyət göstərir. Yeni yaradılan məişət-ticarət mərkəzi də əhalinin gündəlik tələbat mallarına olan ehtiyacını tamamilə ödəyir.
Həmin ay Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin Kəngərli rayon şöbələri də yeni inzibati binalarla təmin edilib.
Məlumdur ki, gənclərin müasir tələblər səviyyəsində təhsil alması, bilik və intellektual səviyyəsinin yüksəldilməsi, gələcəkdə kamil mütəxəssis kimi yetişməsində müasirtipli məktəb binalarının xüsusi rolu var. Ona görə də, Kəngərli rayonunda məktəb tikintisi quruculuq tədbirləri sırasında əsas yerlərdən birini tutur. Qıvraq qəsəbəsində, Böyükdüz, Şahtaxtı, Xıncab kəndlərində yeni məktəblərin istifadəyə verilməsi təhsil ocaqlarında tədrisin yüksək səviyyədə qurulmasına imkan verir. Qeyd edək ki, Qıvraq qəsəbəsində uşaq musiqi məktəbi üçün də yeni bina tikilib. Həmçinin, Qarabağlar kənd 2 nömrəli orta məktəbi üçün yeni bina istifadəyə verilib. üçmərtəbəli məktəb binasında təhsil üçün hərtərəfli şərait yaradılıb. Burada 29 sinif otağı, kimya-biologiya laboratoriyası, 2 kompüter sinfi, hərbi kabinə, 2 elektronlövhəli sinif, kitabxana, idman zalı fəaliyyət göstərir.
Rayonun Təzəkənd yaşayış məntəqəsində də 110 şagird yerlik məktəbin tikintisi sürətlə həyata keçirilir.
6381 nəfər əhalisi olan Qarabağlar Muxtar Respublikamızın iri yaşayış məntəqələrindən biridir. Burada yeni təhsil ocağı ilə yanaşı, müasir standartlara uyğun inşa edilmiş ikimərtəbəli kənd mərkəzi istifadəyə verilib. Binanın birinci mərtəbəsində rabitə evi, polis sahə, baytarlıq məntəqələri və “Naxçıvan Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar Təlim Mərkəzi, kitabxana yerləşir. Kənd kitabxanasında kitablar ayrı-ayrı sahələr üzrə sistemləşdirilib, kitab fondu zənginləşdirilib. Son illər bu mədəniyyət müəssisəsinə 1200 nüsxə latın qrafikalı əlifba ilə çap olunmuş kitablar verilib, oxuculara xidmət işi yaxşılaşdırılıb. Kənd mərkəzində fəaliyyət göstərən baytarlıq məntəqəsi lazımi dərman və preparatlarla təchiz edilib. “Naxçıvan Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağlar Təlim Mərkəzi də fəaliyyət göstərir. Rabitə evində Avtomat Telefon Stansiyası və poçt bölməsinin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın ikinci mərtəbəsində icra nümayəndəliyinin, Qarabağlar bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, 84 yerlik zal istifadəyə verilib. Təbii ki, burada yaradılmış şərait hesabına mərkəzdə yerləşən təşkilatlar öz işlərini günün tələbləri səviyyəsində qurmalı və əhaliyə nümunəvi xidmət göstərməlidirlər.
Kənd təsərrüfatı sahəsində uğurlar az olmayıb
2009-cu ilin başqa bir əlamətdar cəhəti isə təsərrüfatın müxtəlif sahələrində qazanılmış uğurlarla bağlı olmasıdır. Elə götürək taxılçılığı. 2009-cu ilin məhsulu üçün kəngərlilər 3798 hektar sahəni əkib, sahələrə aqrotexniki qaydada qulluq edilməsi hesabına 10333 ton məhsul əldə olunub. Qazanılan uğurları kartofçuluqda da görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)” çərçivəsində Kəngərli rayonunun da kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərinə güzəştli kreditlər verilir. Kreditlərdən təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb, bu sahə ilə məşğul olanlar keyfiyyətli toxum sortları ilə təchiz edilib, yüksək məhsuldarlığa nail olunub. Belə ki, 196 hektar sahədə əkin keçirilib, 2599 ton məhsul əldə edilib.
Rayonda meyvəçiliyin və üzümçülüyün daha da inkişaf etdirilməsinə önəm verilib, bu məqsədlə keyfiyyətli sortlar əldə etmək üçün tinglər əkilib və mülkiyyətçilərə paylanıb. Rayonun üzüm bağlarından 451 ton, meyvə bağlarından 4395 ton məhsul hasil olunub. Məlumat üçün bildirək ki, Kəngərlinin məhsul istehsalçıları Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında da fəal iştirak edirlər.
Kəngərli rayonunun ümumi inkişaf yoluna qısa nəzər yetirərkən bir daha şahid oluruq ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr bu bölgədə də uğurla icra olunur. Bu uğurlar bundan sonra daha geniş diapazonda davam etdiriləcək. ölkə başçısı İlham Əliyevin inamla söylədiyi aşağıdakı fikirləri də buna əsas verir: “...Dörd il ərzində proqram demək olar ki, icra olunubdur. Nəzərə alsaq ki, bu illər ərzində proqrama böyük əlavələr edilmişdir, proqrama əlavələr etmək üçün təkcə mənim tərəfimdən 13 sərəncam imzalanıb. Proqramın başa çatmasından sonra biz bununla kifayətlənməməliyik. Həm hökumətə, həm də bütün yerli icra orqanlarına artıq müvafiq göstərişlər verilibdir ki, növbəti 5 illik proqram hazırlansın və təqdim olunsun. Mən artıq bu barədə bir neçə dəfə demişəm, o proqramda bütün məsələlər öz həllini tapmalıdır, hər bir kəndin məsələsi öz həllini tapmalıdır. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın”.
Sara ƏZİMOVA
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
