Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə jurnalist araşdırmaları müsabiqəsi elan edir
29.02.2020 [10:15]
Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir. Bu sahədə islahatlar ötən il müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçərək, ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə ötən dövrdə ardıcıl tədbirlər görülüb. Cari ilin aprelində Fərmanın qəbulunun bir ili tamam olur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq edilən yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda birgə jurnalist araşdırmaları müsabiqəsi elan olunur.
Martın 1-dən 30-dək davam edəcək müsabiqə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında keçiriləcək.
Müsabiqə “Ölkənin hərtərəfli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticələrinin ictimai əhəmiyyəti”, “Məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, qanunçuluq, ədalətlilik və şəffaflıq prinsiplərinin təmin olunması”, “Vətəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər”, “Məhkəmə-Hüquq Şurasının müstəqil məhkəmə özünüidarə orqanı kimi fəaliyyəti”, “Məhkəmə sistemində yeniliklərin tətbiqi, dünya praktikası, nailiyyətlər və gələcək perspektivlər” istiqamətləndirici mövzuları üzrə təşkil olunacaq.
Bu istiqamətlər üzrə müsabiqəyə təqdim olunacaq yazı və digər materialların müəllifləri arasından seçiləcək qaliblər I yer üçün (1 nəfər) 1000, II yer (2 nəfər) 600, III yer (2 nəfər) 400 manat məbləğində mükafatlandırılacaqlar. Həmçinin digər həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.
Müsabiqəyə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilən videomateriallar, radiolarda səsləndirilən audiomateriallar qəbul olunur.
Yazı 8 min kompüter işarəsindən az, 10 min işarədən (A3 formatlı bir qəzet vərəqində) çox olmamalıdır. Televiziya və radio materialları üçün həcm məhdudiyyəti yoxdur. Müsabiqəyə təqdim olunan yazı, TV və radio materiallarında “Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə “Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr” mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür” qeydi olmalıdır.
Müsabiqəyə təqdim olunacaq materialların qiymətləndirilməsi zamanı onların istiqamətləndirici mövzulara uyğun dolğun əhatə etmə səviyyəsinə, analitik keyfiyyətlərə və faktlardan düzgün istifadə xüsusiyyətlərinə, orijinal araşdırmaya, bir neçə mənbəyə istinad edilməsinə, faktların təqdimatı zamanı mənbələrin göstərilməsinə, yazının dil və üslub xüsusiyyətlərinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına üstünlük veriləcək.
Müsabiqədə iştirak edənlər konkret kütləvi informasiya vasitəsində ən azı bir il müddətində fasiləsiz çalışmalı, təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Müsabiqə üçün materiallar martın 1-dən 30-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına (Ünvan: Bakı şəhəri, Məmməd Araz, 4 (əvvəlki Teymur Əliyev, 38) şəxsən aşağıdakı formada təqdim olunmalıdır:
- Yazının dərc olunduğu mətbuat orqanının (qəzet və ya jurnal) həmin nömrəsi - 1 nüsxə;
- Yazı elektron variantda (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə və çap variantda (A4 formatda) - 3 nüsxə;
- Yazı onlayn media resursunda dərc olunubsa surəti (A4 formatda, linki göstərilməklə) - 3 nüsxə;
- Süjetin televiziyada yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə;
- Süjetin radioda yayımlanmasına dair material (DVD diskdə) - 1 nüsxə.
Materiallara müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin, şəxsiyyət vəsiqəsinin, VÖEN və bank rekvizitlərinin surətləri, əlaqə vasitələri (ev, iş, mobil telefonları) əlavə olunmalıdır.
Müsabiqə şərtlərinin hər hansı biri yerinə yetirilmədiyi halda yazı və ya süjet müsabiqəyə buraxılmır. Ətraflı məlumatı (012) 441-35-30, (055) 201-99-26, (050) 242-09-91, (012) 565-15-15 telefonları vasitəsilə almaq olar.
Xəbər lenti
Hamısına baxAnalitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34

