/ / Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
25.02.2020 [09:25]
Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur.
Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır: “Fevralın 22-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə də Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Azərbaycanda müxtəlif dini konfessiyalar, dini təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur. Baxmayaraq ki, bəzi ölkələrdə biz dini baxımından məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik hökm sürür.
Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Eyni zamanda, Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniya möhkəmlənib, bütün dini konfessiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizə istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr Azərbaycandakı bu sabit vəziyyəti yüksək qiymətləndirirlər”.
M.Qurbanlı bildirib ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə də mühüm töhfə verir: “Bilirsiniz ki, ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dini liderləri iştirak edirdilər. Sammitdə bütün çıxışlarda Azərbaycandakı dini durum yüksək dəyərləndirildi. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanıdılır.
Bildiyiniz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Əlbəttə, bu, eyni zamanda, beynəlxalq aləmdə Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən böyük dəyərdir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

