/ / Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşları ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlimlərə qoşulublar
Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşları ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlimlərə qoşulublar
30.01.2020 [09:27]
Yanvarın 29-da Qubada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” mövzusunda maarifləndirici treninq-seminara başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək təlimlərin əsas məqsədi ayrı-seçkilik əleyhinə Avropa standartları və onların tətbiqi qaydasının təqdim edilməsi, həmçinin Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşlarının aparatın ayrı-seçkiliklə mübarizə mandatının tətbiqində, eləcə də hədəf qrupları və ayrı-ayrı qurbanlarla iş qaydası ilə bağlı bacarıqların artırılmasıdır.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Aparatın və Ombudsmanın Regional Mərkəzlərinin əməkdaşları, beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.
Ombudsman Səbinə Əliyeva çıxışında seminarın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası, normativ hüquqi aktlar və ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr kontekstində tənzimlənir. “Əsas qanunumuz olan Konstitusiyanın 25-ci maddəsində qanun və məhkəmə qarşısında hər kəsin bərabər olduğu təsdiq edilib. Bununla da dövlət tərəfindən heç kəsin ayrı-seçkiliyə məruz qalmayacağına dair təminat verilib. Konstitusiyanın 47-ci maddəsi irqi, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsini qadağan etməklə ölkədə insanlar arasında ayrı-seçkiliyə zəmin yarada biləcək fəaliyyətin qarşısını qabaqcadan alır. Azərbaycan Ombudsman institutu, eyni zamanda, ölkədə fəaliyyət göstərən milli insan hüquqları institutu kimi ayrı-seçkiliklə mübarizədə milli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli bir qurum kimi qəbul edilir. Təsisatımız tərəfindən hər il təşkil olunan Ombudsmanların Beynəlxalq Bakı konfransları fəaliyyətimizdə xüsusi yer tutur. Beynəlxalq ekspertlər və xarici qurumların rəhbər və nümayəndələrinin iştirak etdiyi bu konfransların bir neçəsi məhz ayrı-seçkiliyin qarşısının alınması və hüququ bərabərliyin təmin olunmasına həsr edilib. Ayrı-ayrı vaxtlarda təşkil edilən “Ədalətli sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların rolu”, “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda konfranslar da bu qəbildəndir. Avropa İttifaqının dəstəyi və Avropa Şurası ilə birgə keçirilən bu seminarın hamımız üçün faydalı olacağına inanıram”, - deyə Ombudsman Səbinə Əliyeva söyləyib.
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, həmçinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışlarında Qubada təşkil olunan seminarın böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Kestutis Yankauskas bildirib ki, hamını əhatə edən inklüziv və multikultral cəmiyyətlərin formalaşmasının əhəmiyyəti çox böyükdür. “Bugünkü tədbirdə iki əsas Avropa qurumu iştirak edir. Avropa İttifaqı və Avropa Şurası bu məsələ ilə bağlı komanda şəklində fəaliyyət göstərirlər. Azərbaycan bu təşkilatlardan birinin üzvü, digərinin isə çox vacib tərəfdaşıdır. Avropa İttifaqı olaraq Azərbaycanla münasibətlərdə yeni tərəfdaşlıq qururuq. Belə ki, artıq yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqları yekunlaşdırırıq. Biz bu il birlikdə yeni “Şərq tərəfdaşlığı”nı formalaşdırırıq ki, Azərbaycan da oranın üzvüdür. Əlbəttə bir sıra qlobal çağırışlar mövcuddur ki, biz buna qarşı müdafiə olunmamışıq. Hamımız üçün bərabərlik şərtlərinin yaradılması çox vacibdir. Hər şeydən əvvəl mövcud olan problemləri gizlətməməli və aradan qaldırmağa çalışmalıyıq. Mən çox sevinirəm ki, bu gün seminarda Ombudsman aparatının regional nümayəndələri də iştirak edir. Bu iki gün ərzində təlim iştirakçılarının imkanı olacaq ki, konkret nümunələr əsasında müzakirə edilən məsələlərlə yaxından tanış olsunlar”, - deyə Kestutis Yankauskas bildirib.
Seminarın birinci günü təşkil olunan sessiyalarda ekspertlər “Ayrı-seçkilik əleyhinə Avropa standartları”, “Ayrı-seçkilik əleyhinə qanunların yerinə yetirilməsinin monitorinqini aparmaq potensialı” mövzularında məruzə ilə çıxış edərək, qabaqcıl təcrübəni paylaşıblar.
Günün sonunda təlim iştirakçılarının Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi nəzərdə tutulub.
Seminarın ikinci günündə isə iştirakçılar “Azərbaycan Respublikasında ayrı-seçkiliklə mübarizədə hüquqi müdafiə mexanizmlərinə dair təcrübələr haqqında təqdimat” və “Həssas qrupları təmsil edən ayrı-seçkilik qurbanları ilə adekvat iş”, həmçinin “Qiymətləndirmə və sonrakı fəaliyyət; ayrı-seçkilikdə mübarizə məqsədilə tərəfdaşlığın gücləndirilməsi” istiqamətlərində maarifləndiriləcək.
Treninq-seminara Ombudsman ofisinin işçi heyəti, Quba regional mərkəzinin əməkdaşları, yerli icma və azlıqların nümayəndələri olmaqla, ümumilikdə, 30 nəfərə yaxın iştirakçı cəlb olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

