/ / Ulu Öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
Ulu Öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
12.12.2019 [10:09]
Dekabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən edən və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilən Ulu Öndər Heydər Əliyevin xidmətləri yalnız Öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, Ümummilli Lider müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilib.
Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqlarının möhkəmləndirilməsində, sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünəlayiq yer tutmasında Ulu Öndərin tutduğu mövqe bizə yaxşı məlumdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsi hazırlanıb və təsdiq üçün Milli Məclisə təqdim edilib. Ulu Öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ulu Öndərin yaxından köməyi ilə Azərbaycan həmkarlar ittifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, Onun birbaşa köməyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilib. Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlayıb.
Bildirilib ki, həmkarlar ittifaqlarına doğma münasibəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı Prezident İlham Əliyevdən də görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin həm hökumət, həm də şəxsən Prezident İlham Əliyev tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək və İnzibati Xətalar məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının da tamamilə dəstəklədiyi və maraq dairəsində olan sosial islahatlar uğurla davam etdirilir. Cari ildə 4 milyon 200 mindən artıq insan çox geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı, müavinətlər təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Ölkədə aparılan islahatlar, eyni zamanda, Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.
AHİK sədri daha sonra vurğulayıb ki, Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Birinci vitse-prezident Mehriban Əliyeva dəyərli töhfələr verir. Onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.
Diqqətə çatdırılıb ki, həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparıb, arzuladıqlarına nail olub. Ulu Öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaq.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, Rabitə işçiləri HİK-in sədri Seymur Orucov, Səhiyyə İşçiləri HİK-in sədr müavini Cavid Məmmədov və Heydər Əliyev adına Ali Hərbi Məktəbin HİK sədri Kazım Mirzəyev çıxış edərək Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, dahi öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yüksək nailiyyətlər əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 12:35
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25

