Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
11.12.2019 [10:14]
Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluq əməkdaşları, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirməklə Onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq əziz və unudulmaz xatirəsini hörmətlə yad edir, gördüyü möhtəşəm işlərin əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirlər.
Bildirilib ki, dahi şəxsiyyətin parlaq dühası Onu dünya siyasətinin nəhəng şəxsiyyətlərindən birinə çevirib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, - deyən dahi rəhbər 30 ildən artıq bir müddətdə - istər sovetlər dövründə, istərsə də müstəqillik illərində qüdrəti və dərin zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb.
Vurğulanıb ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Onun qətiyyətli addımları sayəsində məhkəmə-hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması və 1998-ci ildə birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması gerçəkliyə çevrilib.
Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunub. Bu unudulmaz hadisə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilib. Azərbaycan Respublikası Prokurorluğunun çoxsaylı kollektivi Ulu Öndərin müdrik rəhbər kimi diqqət və qayğısını daim hiss edib, fəaliyyətinə verilən yüksək qiyməti səmimi minnətdarlıq duyğuları ilə qarşılayıb, xalqımıza ləyaqətlə xidmət göstərib.
Bildirilib ki, Azərbaycan Respublikasının bütün dövlət təsisatları kimi prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olub.
Ulu Öndər Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki fəaliyyətində həyata keçirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim müdrik qərarları, bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas edib, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar bunun bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.
Həmçinin vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən institusional qanunvericilik, struktur və kadr islahatlarının Azərbaycan xalqı tərəfindən tam dəstəklənməsi, vətəndaşlarımızın rifah halının günü-gündən yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan bir sıra antimilli qruplar və onların qeyri-adekvat liderlərinin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq.
Xüsusilə qeyd edilib ki, Ulu Öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti xalqımız tərəfindən Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından əminliklə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına və Onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Mərasimin sonunda Ümummilli Liderin əziz xatirəsinə həsr edilən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

