/ / Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
04.12.2019 [09:39]
Dekabrın 3-də Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq universitetin öz məzunları üçün keçirdiyi “BDU xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə rektor Elçin Babayev açaraq 100 yaşlı universitetin tarixinə nəzər salıb. Bildirib ki, 100 il bir zərrədir, zərrədən də kiçikdir. Amma onun ictimai-siyasi, elm-təhsil mühitinə verdiyi töhfədən danışırıqsa, 100 illik tarix kifayət qədər zəngin və əhəmiyyətli bir dövrdür. Müxtəlif formatlarda keçirilən yubiley tədbirləri haqqında məlumat verən rektor yekun tədbirin Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 26-da qeyd edildiyini bildirərək dövlət başçısının yubiley tədbirində iştirakını universitetin timsalında elmə, təhsilə böyük dəstək, xüsusi münasibət kimi qiymətləndirib.
Universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumundan və yekun olaraq məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası”nın yaradılmasından danışan rektor yubileylə əlaqədar kitabların nəşr olunduğunu, “Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının hazırlandığını, pul sikkələrinin və markaların buraxıldığını diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımağın şərəfli olduğunu vurğulayan rektor “100 ilin zirvəsində” adlı müsabiqədə qalib olanların əsasən universitet məzunları olduğunu bildirib.
Müsabiqəyə təqdim edilmiş yazılar və xatirələr haqqında məlumat verən rektor yazıların münsiflər heyəti tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra qaliblər elan edilib. KİV nümayəndələri arasında elan edilmiş “100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov “Bu universitet bir palıd ağacına oxşar ki...” yazısına görə 1-ci yerə layiq görülüb. Real TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı “Mənim universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli “Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Mənim doğma universitetim”, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Əsrin zirvəsində parlayan elm ocağı” və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu “Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” yazılarına görə 3-cü yerin qalibi olublar.
Birinci yerin qalibinə 1000, ikinci yerin qaliblərinin hər birinə 500, üçüncü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim edilib.
Tədbirdə Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayevə “İllərin tarixi” adlı radioverilişinə, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynovaya “BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qərimana “Sarsılmaz məbəd - Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslıya “Müqəddəs məkanım mənim” adlı yazılarına görə 200 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim olunub.
Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, “Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov “100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə “Qovuşacağımız günə az qaldı” yazılarına görə mükafatlandırılıblar.
Tədbirdə universitet məzunları arasında elan edilmiş “BDU xatirələrdə” müsabiqəsinin qalibləri də elan edilib. Birinci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, ikinci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Polis İdarəsi Təhlükəsizlik şöbəsinin əməkdaşı İbrahim Karataş, üçüncü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.
Qaliblərdən bəzilərinin yazısı “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli və digər çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

