/ / Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
13.11.2019 [09:37]
Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, SORB-un iclasında beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, habelə millətlər və konfessiyalararası münaqişələrin yaradılması cəhdlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və təhlükəsizliklə bağlı digər aktual məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bundan başqa, terrorçuların MDB ölkələrinə daxil olmaq, terrorçu qruplaşmalara yeni üzvlərin cəlb edilməsi cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsi məsələləri də diqqət mərkəzində olub, həmçinin Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyətin Mərkəzi Asiyada regional təhlükəsizliyə təsirləri araşdırılıb.
General-leytenant Əli Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir. Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib. General-leytenant Əli Nağıyev həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlər, ilk növbədə, terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Abdusalom Azizov arasında keçirilmiş görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
General-leytenant Əli Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SORB-un 47-ci iclasının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlət başçısı ölkələrimizin təhlükəsizliyinə mümkün təhdid və hədələrə qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

