/ / Qırğız Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir
Qırğız Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir
06.11.2019 [09:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələrin və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, belə əməkdaşlıq əlaqələrinin davamı olaraq, noyabrın 4-də Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.
Həmçinin qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ilə nümayəndə heyətinin görüşü olub.
Görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qırğızıstanın dövlət başçısı Sooronbay Jeenbekovun da iştirak etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın 15-də Bakıda keçirilmiş VII Zirvə Görüşünün nəticələrinin ölkələrimiz arasındakı həmrəyliyin növbəti əyani göstəricisi olduğu bildirilib.
Söhbət zamanı etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələrindən danışan Baş prokuror Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşdırılan kompleks və ardıcıl islahatlar nəticəsində cəmiyyət həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada, korrupsiyaya qarşı mübarizədə və məhkəmə-hüquq sistemində əldə edilən son nailiyyətlərə mütənasib olaraq, ölkəmizin mötəbər beynəlxalq reytinqlərdəki mövqelərinin ildən-ilə daha da yaxşılaşdığını bildirib.
Görüşdə, həmçinin Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. Habelə qonaqlara Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri, strukturu və kadr potensialının təkmilləşdirilməsi sahəsində əldə etdiyi müsbət təcrübələr barədə ətraflı məlumat verilib, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayeva göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki qardaş türk dövlətinin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu vurğulayıb. O, xüsusilə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq islahat nümunəsi kimi dəyərləndirib.
Xanım C.Camanbayevə səfərinin əsas məqsədinin ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətləri, bu istiqamətdə beynəlxalq və regional qurumlarla əməkdaşlığını, xüsusilə Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) kimi qurumlarla iş təcrübəsini öyrənmək, o cümlədən “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanışlıq olduğunu bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilib. Həmçinin iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyi ilə tanış olublar.
Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, o cümlədən Baş İdarədə fəaliyyət göstərən əməliyyat axtarış qurumları və “161 - Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. Kamran Əliyev Azərbaycanın GRECO ilə 2004-cü ildən davam edən uğurlu əməkdaşlığını xüsusi vurğulayaraq, beynəlxalq qurumlarla əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini diqqətə çatdırıb.
Çıxışında 2011-ci ildə Baş İdarəyə korrupsiyaya qarşı mübarizə sahəsində istintaq və təhqiqat funksiyası ilə yanaşı, Müstəqil Dövlətlər Birliyi məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verildiyini də bildirən Kamran Əliyev bu təcrübənin Baş İdarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırdığını, eləcə də OECD-nin Antikorrupsiya Şəbəkəsi tərəfindən bu qurumun beynəlxalq aləmdə səmərəli antikorrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edildiyini vurğulayıb.
Nümayəndə heyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “161 - Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.
Qırğızıstan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri ilə görüşlər keçirib. Qonaqlar, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən “ASAN xidmət” modeli ilə tanışlıq məqsədilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

