Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər
24.08.2019 [09:23]
22-23 avqust tarixlərində Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını bildirib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən aktiv istifadə etməsinin vacibliyindən danışıb.
Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu Öndərin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir.
Ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən birinin dini radikalizm olduğunu qeyd edən Komitə rəsmisi bunun yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlığın, yad dini ideologiyaların yayılması cəhdlərini göstərib. O, dini ekstremizm və dini radikalizmlə mübarizədə və bu kimi mənfi halların yayılmasında sosial şəbəkələrin roluna toxunub.
Sosial medianın vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biri olduğunu deyən sədrin birinci müavini diqqətə çatdırıb ki, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edirlər.
S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı mübarizədə din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür. Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməlidirlər. Sədrin birinci müavini din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və aktivlik nümayiş etdirməyə çağırıb.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev isə vurğulayıb ki, dini müxtəlif siyasi maraqların təmin olunmasında vasitəyə çevirməyə çalışan dairələr var. Belə dairələrin əsas ortaq cəhəti odur ki, cəmiyyətdə dini birləşdirici faktor olmaqdan çıxararaq bölücü funksiya daşımasına nail olsunlar. Onun sözlərinə görə, bunun üçün müxtəlif dinlər, hətta eyni dinin qolları arasında qarşıdurma yaradılmasına çalışırlar, eyni zamanda din milli kimliyin digər elementlərinə qarşı qoyulur. Halbuki milli kimliyi əmələ gətirən bu amillər nəinki bir-birini inkar edir, əksinə bir-biri ilə üzvi surətdə bağlıdır. Beləliklə, dinin milli kimliyə qarşı qoyulması cəmiyyətdə həmrəyliyin zəiflədilməsi, onu birləşdirən dəyərlərin aradan qaldırılması, parçalanma və qarşıdurma yaradılması məqsədi daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, DQİDK-nın əməkdaşı Tərxan Paşazadə və başqaları çıxışlarında ölkəmizdə heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələrin, çəkişmələrin, digər xoşagəlməz halların olmadığını diqqətə çatdırıblar. Natiqlər həmçinin ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən də bəhs ediblər.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

