Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar
05.07.2019 [09:32]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın dövlət qurumlarında, jurnalist təşkilatlarında və aparıcı KİV-lərinin redaksiyalarında görüşlər keçirir.
KİVDF-dən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin növbəti görüşü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində qurumun İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova ilə keçirilib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini, Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.
Mariya Zaxarova Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfərini və keçirdikləri görüşləri yüksək qiymətləndirib. O, hər iki ölkədə KİV-lə bağlı maraq doğuran məqamların müzakirə edilib səmərəli nəticə əldə edilməsi üçün canlı təmasların qurulmasını vacib sayıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Nümayəndə heyətinin üzvləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovla da görüşüblər. Görüşdə iki ölkənin KİV qurumlarının və jurnalist təşkilatlarının təmaslarının gücləndirilməsi üçün təkliflər müzakirə edilib.
Daha bir görüş “Komsomolskaya pravda” qəzetində keçirilib. Azərbaycan KİV təmsilçiləri qəzetin iş şəraiti ilə tanış olublar. Sonra qəzetin baş direktoru Vladimir Sunqorkinlə görüş keçirilib. Sunqorkin Azərbaycan KİV təmsilçilərinin Rusiyaya səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

