“Sosial bağlar” layihəsinin ikinci mərhələsinə start verilib
29.06.2019 [10:55]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sədri Məhəmməd Abdullayev imzalayıblar.
Tədbirdə ötən il layihə çərçivəsində görülən işlərə, yaradılan təsərrüfatlara dair videoçarx nümayiş olunub.
A.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə iqtisadi inkişafın nəticələrinin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır.
Nazir müavini bildirib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini cəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.
A.Əliyev özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına RİİB-in fəal dəstək verdiyini vurğulayıb. Qeyd edib ki, nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s.) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.
Layihənin artıq ikinci mərhələsinə başlanıldığını deyən nazir müavini bildirib ki, yeni mərhələdə bu il daha 250 aztəminatlı ailə üçün bağ və bostançılıq təsərrüfatları yaradılacaq. Bununla onların kiçik sahibkarlığa çıxışı dəstəklənəcək, həmçinin qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstək göstəriləcək.
M.Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun icra etdiyi layihələrin ölkəmizin inkişafı proseslərinə ardıcıl dəstək olduğunu bildirib. O, bu layihələrin bir istiqamətinin də sosial sahədə aparılan islahatlara, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıdığını vurğulayıb. RİİB-in fəaliyyəti barədə məlumat verən M.Abdullayev nazirliklə birgə reallaşan “Sosial bağlar” layihəsinin bu il də uğurla icra olunacağına əminliyini ifadə edib.
Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə və Hadi Rəcəbli, İsmayıllı rayonundan olan layihə iştirakçısı Amil Əliyev “Sosial bağlar” layihəsinin sosial-iqtisadi əhəmiyyətini, qeyri-neft sektorunun inkişafında, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulmasında vacibliyini vurğulayıblar.
“Sosial bağlar” layihəsinin birinci mərhələsinin iştirakçıları isə bu layihənin onların öz bağ təsərrüfatlarını qurmalarına, özünüməşğulluqlarına, kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə səbəb olduğunu vurğulayıblar.
Memoranduma əsasən layihə üzrə ötən illə müqayisədə iki dəfə çox olmaqla, bu il 250 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Nazirlik layihə iştirakçılarının seçimi, onlar üçün təlimlərin təşkili, biznes planlarını müdafiə edənlərin aktivlərlə təmin olunması və s. aidiyyəti işləri yerinə yetirəcək.
“Regional İnkişaf” İctimai Birliyi isə iştirakçıların seçimi, onların biznesə başlamaları və təsərrüfatları idarə etmələrinə, təsərrüfatlara aqrotexniki qulluq göstərmələrinə və s. dəstək göstərəcək. Həmçinin təsərrüfat növünün seçilməsi, təsərrüfatların yaradılmasına və istehsal olunan məhsulların satışına (marketinqinə) kömək göstərilməsi üzrə məsləhətlər, iştirakçıların təsərrüfatlardan əldə edəcəyi gəlirlərin istehsalın inkişafına yönəldilməsi mexanizminə dair təkliflər veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

