KİVDF-nin Müşahidə Şurası 25 ictimai-siyasi qəzetə maliyyə yardımı ayırıb
29.06.2019 [10:48]
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a KİVDF-dən məlumat verilib.
Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
V.Səfərli, həmçinin bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən “Nedelya” qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir.
İcraçı direktor, həmçinin deyib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsi və maliyyələşdirilməsi təklif olunur.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib.
Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
2019-cu ilin II yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı
I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
“Bakı-Xəbər” qəzeti - 20000 manat
“Kaspi” qəzeti - 20000 manat
“Yeni Müsavat” qəzeti - 20000 manat
“Səs” qəzeti - 20000 manat
“Yeni Azərbaycan” qəzeti - 20000 manat
“Mövqe” qəzeti - 20000 manat
“Kaspiy” qəzeti - 20000 manat
II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər
“Həftə içi” qəzeti - 10000 manat
“Novoye Vremya” qəzeti - 10000 manat
“Azernews” qəzeti - 10000 manat
“525-ci qəzet” - 10000 manat
“Xalq Cəbhəsi” qəzeti - 10000 manat
“Paralel” qəzeti - 10000 manat
“Hürriyyət” - 10000 manat
“Olaylar” qəzeti - 10000 manat
“Palitra” qəzeti - 10000 manat
“Ədalət” qəzeti - 10000 manat
“Üç nöqtə” qəzeti - 10000 manat
“Azad Azərbaycan” qəzeti - 10000 manat
“Şərq” qəzeti - 10000 manat
III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər
“Oxu məni” qəzeti - 5000 manat
“Unikal” qəzeti - 5000 manat
“Hərbi And” qəzeti - 5000 manat
“Türküstan” qəzeti - 5000 manat
“The Business Times” qəzeti - 5000 manat
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10

