/ / QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri SƏLİS e-vətəndaş proqramının tətbiqinə dair brifinq keçirib
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri SƏLİS e-vətəndaş proqramının tətbiqinə dair brifinq keçirib
25.06.2019 [10:00]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev iyunun 24-də SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının tətbiqinə dair brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, Azay Quliyev elektron vətəndaş proqramının nəticələrinin sevindirici olduğunu söyləyib. O deyib: “Bizim məqsədimiz fəaliyyətimizin maksimum dərəcədə əlçatanlılığını və dövlət vəsaitinin xərclənməsi prosesində vətəndaşların iştirakını təmin etməkdir. Burada ictimai nəzarət elementi var. Layihələrin sayı 265 idi, onların 11-i texniki səbəblərdən qiymətləndirmə prosesinə buraxılmadı. Lakin 254 layihə ekspertlərin və vətəndaşların qiymətləndirilməsi üçün onların ixtiyarına verilmişdi. 10 min 930 vətəndaş bu prosesdə iştirak edib. Biz vətəndaşların məlumatlanması üçün həm universitetlərdə, həm də bölgələrimizdə proqramın təqdimatını keçirdik. Təxminən 73 şəhər və rayonu əhatə edən prosesdə 12 min 491 rəy daxil olub. Bu rəylərdən 11 min 271- i qeydiyyata alınıb. Vətəndaş istədiyi qədər layihəni qiymətləndirə bilərdi. Qiymətləndirmə prosesində 3 səs bir bal hesablanırdı. Hər bir səsin arxasında vətəndaşın rəyi olmalı idi. Bəzi vətəndaşlar verdikləri səsi əsaslandırmaq istəmirdilər. Buna görə də 1220 səs silinməli oldu. Səslərin silinmə səbəbləri qeydiyyatdan keçmək üçün lazım olan məlumatların düzgün qeyd olunmaması, əsaslandırılmayan rəylərin olması, eyni rəylərin müxtəlif vətəndaşlar tərəfindən təqdim olunmasıdır. Bundan başqa, QHT sədri özünün təqdim etdiyi layihəyə rəy verməsi, rəylərdə gizli olmasına baxmayaraq, QHT-nin adının qeyd olunması, rəylərin verilən səsə adekvat olmaması, layihələrin bəndlərinin köçürülərək rəy kimi təqdim olunması və rəylərin məzmuna uyğun olmaması səbəbindən bəzi səslər silinib. Deputatın adından istifadə edib rəy verənlər də oldu. Təbii ki, onlar da nəzərə alınmadı”.
Şura sədri keçid balı toplayan layihələrin sayı barədə də məlumat verib: “Ekspertlərdən yekun keçid balı (60 və daha çox) toplanmış layihələrin sayı 101, vətəndaşlardan keçid bal (20 və daha çox) toplayanların sayı 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplayan 30, vətəndaş rəyləri 0 olan layihələrin sayı 59-dur. 1- 20 bal arası toplayan layihələrin sayı isə 94-dür. Biz burada maksimum çalışdıq ki, həm ekspertlər, həm də vətəndaşlardan bal toplamış layihələr arasında balanslaşdırmanı təmin edək”.
Sədr maliyyələşən layihələrdə vətəndaş rəyinin nəzərə alınma faizinə toxunaraq söyləyib ki, vətəndaşların qiymətləndirmə balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 67, ekspertlərin balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 45 təşkil edib: “Layihələr Şuranın “Qrant müsabiqəsinin keçirilməsi Qaydaları”nın 7 saylı əlavəsinə layihələrin maliyyələşməsi üçün müəyyən tələb olunan meyarlara cavab vermədikdə, vətəndaş qiymətləndirilməsi prosesində səsvermə qaydalarının pozulması halı aşkar edildikdə, layihənin mövzusu müsabiqə istiqamətinə uyğun olmadıqda, layihəni təqdim edən QHT-nin qanunvericiliyə riayət etməməsi və ya həmin QHT-nin Şura qarşısında götürdüyü müqavilə öhdəliyinin yerinə yetirilməməsi haqqında Katibliyin arayışı olduqda onlar maliyyələşdirilməyib”.
Azay Quliyev artıq bu gündən Apellyasiya Komissiyasının fəaliyyətə başladığını da vurğulayıb: “QHT-lər 5 iş günü ərzində apellyasiya şikayəti verə bilərlər. Bizim Apellyasiya Komissiyamız bu şikayətlərə baxış keçirərək yenidən qiymətləndirilmə aparılmasını təmin edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

