Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi olublar
25.06.2019 [09:53]
Məlum olduğu kimi, “Gələcəyə baxış” Avrasiya Patent Universiadası (bilik yarışması) keçirilib. Avrasiya Patent Təşkilatı (APT) tərəfindən təşkil olunan yarışmada quruma üzv dövlətlərin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər şəxslər iştirak ediblər. Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri bilik yarışmasına qatılıblar. Azərbaycanın ali və ümumi təhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.
Bilik yarışmasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul” layihəsi qaliblər sırasında öz yerini alıb. Bu barədə M.Rahim adına 7 nömrəli orta məktəbin kimya müəllimi, layihə rəhbəri Almara Hümbətova məlumat verib. Redaksiyamızın qonağı olan A.Hümbətovanın sözlərinə görə, Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır. Bildirib ki, sözügedən layihə “Sabahın alimləri” VIII Respublika müsabiqəsində də qaliblər sırasında öz yerini alıb. “Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları, həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır və bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”, - deyə Almara Hümbətova söyləyib.
Qeyd etmək lazımdır ki, APT 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il sentyabrın 9-da Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

