“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən təşkil ediləcək
11.06.2019 [14:11]
“İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə açıq hava şəraitində baş tutan “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi ikinci dəfə keçiriləcək.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkəmizdə gənclərin hərbi-vətənpərvər ruhunun gücləndirilməsi, onların Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunmasına hər an hazır olmaları istiqamətində görülən işlərə dəstək verməkdir. Bundan başqa, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkili, gənclər şəbəkəsinin genişləndirilməsi də layihənin əsas hədəflərindəndir.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, müharibə vəziyyətində olan ölkəmizdə gənclər arasında təbliğat işi intensiv aparılmalıdır. Gənclər doğru istiqamətə yönləndirilməli, onların məlumat bazası genişləndirilməli, bilikləri artırılmalıdır. Sayca ikinci dəfə təşkil olunacaq “Marş İrəli” layihəsinə maraq kifayət qədər böyükdür.
On günə yaxın müddətdə keçiriləcək layihə çərçivəsində gender bərabərliyi təmin olunmaqla respublikanın müxtəlif regionlarından müsahibə əsasında seçiləcək 17-25 yaşlı 150-dək gənc iştirak edəcək. Layihə çərçivəsində tapşırıq və oyunlarda gənclərin fiziki dözümlülüyü yoxlanılacaq. Bundan başqa, təşkil olunacaq motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunları da onların biliklərinin artırılmasına töhfə verəcək. Gənclər kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum təlimləri ilə əyani tanış olacaqlar. İştirakçılara taktiki, qarovul, atəş, komandir və digər hərbi hazırlıqlar, hərbi topoqrafiya və s. mövzular barədə də məlumat veriləcək.
Layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində iştirak edəcəklər. Onlar üçün mütəxəssislərin iştirakı ilə təlim-məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

