Təhsil Nazirliyinin KİV-in nümayəndələri üçün təşkil etdiyi təlim başa çatdı
03.06.2019 [17:49]
Təşkil edilən təlim təhsil sahəsindən yazan jurnalistlərin müvafiq sahədə biliklərini daha da təkmilləşdirəcək
Məlum olduğu kimi, 30-31may tarixlərində Təhsil Nazirliyi kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün ikigünlük maarifləndirici təlim keçirib. Təlimə "Yeni Azərbaycan" qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün yalnız elm vasitəsilə respublikanın gələcək inkişafını təmin etmək mümkündür. Ölkədə elmin, təhsilin təbliğində KİV mühüm rol oynayır. Elm və təhsil haqqında informasiyaların yayımlanmasında, cəmiyyətə çatdırılmasında jurnalistlər daha həssas davranmalıdırlar. Çünki media təkcə informasiya vermir, həm də təbliğ edir. Son dövrdə ölkəmizdə KİV-lərin sayı, peşəkarlıq səviyyəsi artıb.
Nazir müavini qeyd edib ki, bu təlim təhsil sahəsindən yazan jurnalistlərin müvafiq sahədə biliklərini daha da təkmilləşdirəcək. Bununla yanaşı, təhsil xəbərlərini hazırlayarkən onların daha dəqiq və obyektiv işləmələrinə töhfə verəcək.
Qeyd olunub ki, müstəqillik illərində, xüsusilə də son dövrlərdə təhsil sahəsində uğurlu islahatlar həyata keçirilib. Bu islahatların nəticələrinin ictimaiyyətə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan təşkil edilən təlim onlar üçün çox faydalı olacaq.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə "Media və təhsil" mövzusunda çıxış edib. Təhsil sahəsində bir çox nailiyyətlər əldə olunduğunu deyən Əflatun Amaşov son zamanlarda mətbuatda təhsillə bağlı bəzi xoşagəlməz məlumatların paylaşıldığını da xüsusi qeyd edib. Şura sədri medianın cəmiyyətin həyatında roluna toxunaraq jurnalistləri yalan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, həmçinin bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb.
Tədbirin ilk günündə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"ndan gözləntilər, "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyas)", "İstedadlı uşaqlarla iş", "Məktəb tikintisi", "Ümumi təhsil haqqında", "Təhsil haqqında" qanunlara dəyişikliklər, "Məktəblinin dostu - təhlükəsiz məktəb, arxayın valideyn", "Dərsliklərlə təminat - mövcud vəziyyət və əsas hədəflər" və "Ehtiyat dərsliklər" mövzularında təqdimatlar olub və fikir mübadiləsi aparılıb.
Maarifləndirici təlimin ikinci günü
Daha sonra İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Təhsil mövzusu mətbuatda", İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə "Müəllimlərin işə qəbulu və yerdəyişməsi", Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev isə "Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı" mövzularında təqdimatlarla çıxış ediblər.
Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinin qaydaları barədə məlumat verilib və cari ildə keçirilmə tarixləri elan edilib. Eləcə də bu il ali məktəblərə qəbulda dövlət sifarişli yerlərin sayının artırıldığı qeyd edilib.
Daha sonra Maliyyə şöbəsinin müdiri Rauf Orucov "Təqaüdlərin və təqaüd yerlərinin artımı" və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə İKT", məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov "Məktəbdənkənar fəaliyyətin təşkili", Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev "Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi", De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov "Sağlamlıq imkanları məhdud uşaqların təhsili", Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Məcid Bayramlı "Peşə təhsili" mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra jurnalistlərin mövzularla bağlı çoxsaylı sualları cavablandırılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

