Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

31.05.2019 [10:32]

Heydər Əliyev Fondu tərəfindən İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayı münasibətilə Füzuli rayonunun Horadiz şəhərində iftar süfrələri açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarların iştirak etdiyi iftar mərasimində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, şəhidlərin ruhu yad olunub.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30