/ / BSTA-nın prezidenti və digər xarici qonaqlar DOST Agentliyi və ilk DOST mərkəzi ilə tanış olublar
BSTA-nın prezidenti və digər xarici qonaqlar DOST Agentliyi və ilk DOST mərkəzi ilə tanış olublar
15.05.2019 [09:59]
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Assosiasiyanın prezidenti Yoakim Bröyer, BSTA-nın xəzinədarı, Rusiya Pensiya Fondu İdarə heyətinin sədr müavini Nikolay Kozlov və Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq sosial siyasət üzrə baş eksperti Karolin Könih Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk “DOST” mərkəzində olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası, DOST layihəsinin dövlət sosial xidmətlər sektoruna gətirəcəyi innovativ yeniliklər barədə qonaqlara məlumat verib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə reallaşdırılan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərdə şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.
S.Babayev 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin yaradılacağını, bu mərkəzlərin 2,8 milyon şəxsə “bir pəncərə” prinsipi ilə 126 növdə xidmət göstərəcəyini deyib. O, “DOST” mərkəzlərində xidmət göstərilməsi qaydaları, işçi kontingenti, “GƏNC DOST” könüllülər proqramı və s. barədə də məlumat verib.
Y.Bröyer DOST Agentliyində və ilk “DOST” mərkəzi ilə bağlı müsbət təəssüratlara malik olduğunu, Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu vurğulayıb. O, BSTA-nın belə səmərəli və inkişafyönümlü layihələri dəstəklədiyini, bu kimi uğurlu praktikaların təbliğində maraqlı olduğunu qeyd edib.
Daha sonra DOST Agentliyində keçirilən görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı və əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verilib. S.Babayev sosial təminat sahəsində aparılan islahatlar kontekstində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib. O, istehsalatla əlaqəli bədbəxt hadisələrin qarşısının alınması və əlilliyi olan şəxslərə göstərilən reabilitasiya (o cümlədən, sosial reabilitasiya) xidmətlərinin təkmilləşdirilməsi sahəsində Almaniya təcrübəsindən faydalanma imkanının yaradılmasında Y.Bröyer tərəfindən göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Y.Bröyer nazirliyin BSTA ilə fəal əməkdaşlığından və BSTA-nın Avropa Regional Sosial Təminat Forumunun ölkəmizdə yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində aparılan genişmiqyaslı islahatlarla bağlı müsbət fikirlərini bölüşüb.
Görüşdə praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

