DİA-da dəyirmi masa: Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya
14.05.2019 [09:35]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan-Qazaxıstan əlaqələri və regional inteqrasiya” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis deputatlarının, professor və müəllimlərin iştirak etdikləri tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişaf mərhələlərindən danışıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub.
Akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da genişləndiyini söyləyib.
Sonra Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov Ulu Öndər Heydər Əliyevin Nursultan Nazarbayevlə dostluq münasibətlərini qeyd edib və iki xalqın liderləri arasındakı münasibətin ölkələrimizin bir-birinə yaxınlaşmasında mühüm rolunu vurğulayıb.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan Elman Nəsirov Azərbaycan-Qazaxıstan əlaqələrindən bəhs edib. Bildirib ki, Nursultan Nazarbayev beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim müdafiə edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıb, dahi rəhbər Heydər Əliyevin çoxəsrlik əlaqələrimizin inkişafında xidmətlərini vurğulayıb.
Ümummilli Lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirən deputat Hikmət Babaoğlu Azərbaycanın bu gün sürətlə tərəqqi etdiyini, respublikamız ilə Qazaxıstan əməkdaşlığının yüksək səviyyədə olduğunu deyib. Hikmət Babaoğlu Nursultan Nazarbayevin Azərbaycana xoş münasibətindən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, politoloq Tofiq Abbasov qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri Avrasiya məkanında vacib inkişaf amilinə çevrilib. Çünki iki dövlət arasında çox etibarlı və yüksələn xətt üzrə davam edən əməkdaşlıq mövcuddur.
Tofiq Abbasov ölkələrimizin tam sabitlik şəraitində tərəqqi etdiklərini diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, deputatlar Cavanşir Feyziyev, Aydın Hüseynov, Azər Badamov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirərək, Azərbaycan-Qazaxıstan dostluğunun və əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

