/ / "Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat" kitabının təqdimatı olub
"Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat" kitabının təqdimatı olub
01.05.2019 [15:13]
Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron akt zalında Fəlsəfə İnstitutunun multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın "Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat" kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı ölkəmizdə, onun hüdudlarından kənarda və akademiyada müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, bugünkü təqdimat mərasimi ilə bu il AMEA-da Ulu Öndərlə bağlı tədbirlərə start verilir.
Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyətini bir neçə mühüm epoxaya bölmək olar. Ümummilli Lider XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayıb, hələ keçmiş sovet hakimiyyəti illərində xalqımızın milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atıb. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Bütün bunlara görə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi böyük tarixi ad qazanıb.
Akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən fundamental tədqiqat əsərlərinin, qiymətli kitabların, dəyərli monoqrafiyaların yazıldığını söyləyib. Qeyd edib ki, "Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat" monoqrafiyasında Ulu Öndərin uzun onillikləri əhatə edən milli dövlət quruculuğu siyasəti dünya tarixi siyasi təcrübəsi kontekstində dərindən araşdırılıb, dahi şəxsiyyətin XX əsrin nəhəng milli lider keyfiyyətləri elmi-fəlsəfi aspektlərdən geniş təhlil olunaraq qiymətləndirilib.
Bildirilib ki, bu monoqrafiya Ümummilli Liderin siyasi irsini fəlsəfi yöndən qiymətləndirən əhəmiyyətli tədqiqat əsəri kimi diqqəti cəlb edir. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin mənalı və çoxşaxəli həyat və fəaliyyətinin bütün elmi-fəlsəfi salnaməsi xarakterində olan bu genişhəcmli monoqrafiyada dünya siyasət elmi, onun müasir problemləri və elmi konseptual səciyyəsi, əsas isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi irsi ən yeni materiallar əsasında məntiqi elmi müqayisə və yeni yanaşmalarla təhlil olunur. Ulu Öndərin yeritdiyi siyasətdə milli dövlət, milli lider, vətəndaş-mənəviyyat ideyası sistemli şəkildə və əhəmiyyətli dərəcədə elmi-obyektivliklə qiymətləndirilir.
Qeyd edilib ki, monoqrafiyada ilk dəfə olaraq milli dövlət anlayışının müasir fəlsəfi şərhi verilib. Bu zəmində milli lider məfhumunun nəzəri mahiyyəti elmi cəhətdən əsaslandırılıb. Müəllif görkəmli dövlət xadimi Heydər Əliyevin simasında fəlsəfi baxımdan ümummilli liderlik konsepsiyası formalaşdırmağa çalışıb. Kitab milli dövlət və milli lider miqyasında Ulu Öndər Heydər Əliyevin siyasi dühasının fəlsəfəsini meydana qoyur. Dahi rəhbər Heydər Əliyevin təkrarsız ümummilli liderlik missiyası və siyasi fenomen keyfiyyətləri, bu kontekstdə bu böyük dühanın siyasi kursu dolğun materiallar və peşəkar alim-tədqiqatçı elmi-məntiqi əsaslandırmaları vasitəsilə dəyərləndirilir.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, institutun elmi işlər üzrə direktor müavini, Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri Eynulla Mədətli, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı, fəlsəfə elmləri doktorları Füzuli Qurbanov, Azər Mustafayev və digər çıxış edənlər müəllifi təbrik edib, kitabın məziyyətlərindən söz açıblar. Bildirilib ki, bu monoqrafiya Ulu Öndərin çoxşaxəli ictimai-siyasi fəaliyyətindən bəhs edən uğurlu elmi araşdırmalar sırasında qiymətli tədqiqat əsəridir.
Sonra çıxış edən Xatirə Quliyeva kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
"Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat" kitabının elmi redaktoru və "Ön söz"ün müəllifi akademik İsa Həbibbəylidir. Rəyçiləri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Naxçıvan Dövlət Universitetinin professoru Məmməd Rzayev, AMEA-nın Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Tahirə Allahyarova, məsul redaktoru dosent Eynulla Mədətlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

