Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti Memarlıq və İnşaat Universitetində olub
04.05.2019 [10:16]
Mayın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) Türkiyənin Atılım Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AZMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, elm və texnika üzrə prorektor, professor Arif Şərifov, xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, müdir müavini Könül Şirinova və digərləri iştirak ediblər.
Tədbirdə tərəflər təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, bakalavr təhsil səviyyəsi və ikili diplom proqramları, magistr və doktorantura təhsil səviyyələrində tələbə-müəllim mübadiləsi imkanları haqqında məlumat veriblər.
Dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dinamik inkişafını vurğulayan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayevanın sözlərinə görə, AZMİU-da xarici tələbələrin 80%-ni türkiyəli tələbələr təşkil edir.
Görüşdən məmnun olduqlarını bildirən Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, 1996-cı ildə yaradılan, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub: “Hədəfimiz Türkiyədə ilk 10, dünyanın isə 500 universiteti arasında yer almaqdır. Universitetimizdə 9 mindən çox tələbə təhsil alır. Burada 8 fakültə var. Tələbələrin 40%-i mühəndislik fakültəsində oxuyur. Universitetimizdə tədris türk və ingilis dillərində aparılır”.
Görüşdə həmçinin qarşılıqlı təcrübə, simpozium, seminarların təşkil edilməsi, əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

