ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
19.04.2019 [10:12]
Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kafedranın müdiri Nərgiz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmağın, Onun fəaliyyəti ilə tələbələri yaxından tanış etməyin mənəvi borc olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldüyünü xatırladıb. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra ölkə mətbuatında yeni səhifənin açıldığını deyən kafedra müdiri 1998-ci ildə senzuranın ləğv olunduğunu bildirib. Senzuranın ləğvinin azad mətbuatın inkişafında mühüm addımlardan biri olduğunu deyən N.Qurbanlı Ümummilli Liderin jurnalistlərlə səmimi münasibətindən söz açıb.
Tədbirdə Heydər Əliyevin jurnalistlərlə münasibətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra jurnalistika ixtisasında təhsil alan tələbələrin “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Əməkdar jurnalist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran ilə müsahibələrinin videogörüntüləri təqdim olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli əfsanəsi olduğunu deyib. O, Heydər Əliyevin yalnız siyasi xadim deyil, həmçinin Azərbaycan xalqı üçün dəyər olduğunu söyləyib. Millət vəkili Ulu Öndərin fəaliyyətindən keçən qızıl xətlərdən birinin də Onun milli mətbuata, jurnalistikaya verdiyi qiymət olduğunu diqqətə çatdırıb. Ulu Öndərin bu sahənin inkişafı istiqamətində xidmətlərindən bəhs edən Hikmət Babaoğlu ölkə jurnalistikasından da söz açıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının, dilçiliyinin, mətbuatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, müasir jurnalistikanın qarşısında duran vacib məsələlərə toxunub.
Sonda tələbələrin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

