ADPU-da professor Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib
11.04.2019 [09:29]
Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin 70 illik yubileyinə və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə professor N.Xudiyevin əsərlərinin təqdim edildiyi sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor N.Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Rektor dövlətimizin başçısının N.Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 2019-cu il 4 aprel tarixli Sərəncamını universitetin kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Qeyd olunub ki, N.Xudiyev hələ pedaqoji institutda təhsil aldığı illərdə “Nizami Gəncəvi” adına fərdi təqaüdə layiq görülüb. O, 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib. Dövlət, hökumət və parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib.
Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də N.Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına töhfələr verib. O, 60-dan çox monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifidir. Elmi-kütləvi nəşrlərdə, qəzet və jurnallarda 400-dən çox elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və dövlət naminə”, “Yazıçı dili və üslubu”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət və zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “YAP dünənin, bu günün, sabahın partiyasıdır” və digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir.
N.Xudiyev görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb.
Görkəmli alimin bir sıra kitab və məqalələri xarici ölkələrdə - İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdə nəşr edilib. O, türkoloq-alim kimi respublikamızda və xaricdə keçirilən türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olub və bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib. Alim Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə orden və medallarla təltif edilib, bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Tədbirdə N.Xudiyevə 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə ADPU-nun fəxri fərmanı təqdim olunub.
Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilovun “Professor Nizami Xudiyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, N.Xudiyev həm elm sahəsində, həm də ideoloji işçi kimi öz missiyasını layiqincə yerinə yetirib, Azərbaycanın ictimai və siyasi həyatında yaxından iştirak edib.
Sonra Əli Əhmədov yubilyara YAP adından hədiyyə təqdim edib.
Akademiklər İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professorlar Zahid Xəlil, Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy çıxış edərək N.Xudiyevin xeyirxah, nəcib, qayğıkeş insan, dəyərli ziyalı, yorulmaz, fədakar alim, yüksək səviyyəli peşəkar mütəxəssis, bacarıqlı elm və təhsil təşkilatçısı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən əsl vətəndaş olduğunu, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildiriblər və ona uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə N.Xudiyevə komitənin yubiley medalını təqdim edib.
Sonda N.Xudiyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və bundan sonra da xalqa, dövlətə sədaqətlə, vicdanla xidmət edəcəyini vurğulayıb.
Yubiley tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

