“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin icrasına start verilib
01.04.2019 [11:42]
Martın 30-da “İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı, siyasi ekspert Arzu Nağıyev bu gün Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz olunduğunu bildirib. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və hərbi qüdrətinin artırılmasına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Qürurverici haldır ki, 2016-cı ildə Aprel döyüşlərində, ötən il Naxçıvan əməliyyatında qazanılan mühüm hərbi zəfərlər xalqımızın Ordumuza inamını artırmaqla yanaşı, cəmiyyətdə, xüsusilə gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksək səviyyəyə çatmasına səbəb oldu.
Aprel döyüşlərinin iştirakçıları Müzəffər Bahadurov, Loğman Məmmədov, Elməddin Ağayev, Ceyhun Alıcanov, eləcə də ehtiyatda olan mayor, hərbi jurnalist Rahib Qərib çıxışlarında bildiriblər ki, Azərbaycan Ordusu Aprel döyüşlərində hərbi gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Bu qələbə göstərdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu şanlı qələbə ilə bağlı təəssüratlarını bölüşən hərbçilərimiz deyiblər ki, düşmənin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı həyata keçirərək mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bu qələbə sayəsində “Böyük qayıdış” prosesinə başlanıldı. Belə ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin iyirmi ildən sonra doğma yurdlarına qayıtması işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə qəti inam yaradır.
Sonra Azərbaycanda idman sahəsində qazanılan uğurlardan bəhs edən film nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu göstərdi. Müasir müstəqil Azərbaycanda hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsi üçün hər cür şəraitin yaradıldığını bildirən nazir müavini deyib ki, bu gün ölkəmizdə sağlam gənclik yetişib. Bu gənclik dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin inkişafına layiqli töhfələr verirlər. Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə gənclər və idman sahələrinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada ən güclü idman dövlətlərindən biri kimi tanınır, gənclərimiz beynəlxalq arenada böyük qələbələr qazanırlar.
“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına, ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verəcəyinə əminliyini vurğulayan İ.Babayev layihə çərçivəsində gənclərimizin öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirəcəklərinə əminliyini bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov söyləyib ki, Aprel döyüşləri Azərbaycanın hərbi qüdrətini düşmənə nümayiş etdirdi. Bu zəfər ordumuzun gücünü, Azərbaycan əsgərinin Vətən sevgisini, hərbçilərimizin sarsılmaz iradəsini və xalqın birliyini bütün dünyaya göstərdi. Hazırda gənclərimizin bütün sahələrdə böyük uğurlar əldə etdiklərini vurğulayan F.Cəfərov deyib ki, müasir Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hazırdırlar. Gənclərimiz müxtəlif sahələrdə uğurlar qazanaraq ölkəmizi layiqincə təmsil edirlər. Beynəlxalq arenada nailiyyətlər əldə edən gənclərimizin Azərbaycanın himnini səsləndirməsi, üçrəngli bayrağımızı ucaltması müasir Azərbaycan gəncliyinin vətənpərvərliyinin göstəricisidir.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müasir Azərbaycan gənclərinin onlar üçün yaradılmış əlverişli mühitdən istifadə edərək bilik və bacarıqlarını artırdığını və ölkəmizin inkişafında fəal rol oynadıqlarını bildirib. Qeyd edib ki, bu gün gənclərimiz istər səngərlərdə, istər idman arenalarında və digər sahələrdə əsl vətənpərvərlik nümunəsi göstərirlər. Aprel zəfəri Azərbaycan Ordusunun və gəncinin qüdrətini, vətənpərvərliyini bütün dünyaya sübut etdi.
M.Seyidov deyib ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində mindən çox gənc idmanın 7 növü üzrə mübarizə aparacaq. Yarışlar aprel ayı ərzində təşkil olunacaq. O, layihənin ölkəmizdə hərbi vətənpərvərlik ruhunun artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, komandalar aprelin 6-dan etibarən futbol, voleybol, səmti müəyyənetmə, yüngül atletika, peyntbol, atıcılıq, velosiped idmanı yarışlarında güclərini sınayacaqlar.
Xatırladaq ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən reallaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

