/ / Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20.03.2019 [11:02]
Ümummilli Liderimiz, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq, Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, onun maddi-texniki bazası gücləndirilib və döyüş qabiliyyəti artırılıb. Ulu Öndər Heydər Əliyev Ordunun xalqımızın tərkib hissəsi olduğunu vurğulamaqla dövlətin, xalqın qayğısı ilə əhatə olunmasını, hər kəsin Orduya qayğı göstərməsini tövsiyə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfərlər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə qanunvericiliyin tələblərinə tam və dönmədən əməl olunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə Hərbi Prokurorluğun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında Hərbi Prokurorluğun yüksək vəzifəli işçiləri həmin qurumların rəhbər vəzifəli əməkdaşları ilə birgə mütəmadi olaraq səmərəli işlər görür, o cümlədən tədbirlər təşkil edirlər. Həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılır, onların fərdi qəbulları keçirilir.
Eyni zamanda, yaşayış məntəqələrindən uzaqda, xüsusilə düşmənlə təmas xəttində və çətin şəraitdə qulluq edən hərbi qulluqçuların vətənpərvərlik və döyüş ruhunu, əhval-ruhiyyəsini yüksəltmək, onların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək məqsədilə hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları ilə birgə tədbirlər planları hazırlanaraq təsdiq edilib. Həmin qurumların, eləcə də rayon icra hakimiyyətləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilib.
Bayram ərəfəsində qeyd edilən tədbirlər planları Respublika Hərbi Prokurorluğu, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları, rayon (şəhər) icra hakimiyyətləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən martın 18-19-da tam şəkildə uğurla icra edilib. Müdafiə Nazirliyi üzrə 15, Dövlət Sərhəd Xidməti üzrə 5, DİN-in Daxili Qoşunları üzrə 4 hərbi hissədə tədbirlər keçirilib. Tədbirlər cəbhə boyu yerləşən bütün hərbi hissələri əhatə edib. Həmin tədbirlərdə, həmçinin Bakının Binəqədi, Xəzər rayonları, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax şəhərlərinin, eləcə də Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Beyləqan, Göygöl, Daşkəsən, Tərtər, Tovuz, Goranboy, Gədəbəy, Qazax, Zaqatala və Qusar rayonlarının icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər. Bundan başqa, tədbirlərin mədəni-kütləvi hissəsi - konsert proqramları, özfəliyyət kollektivlərinin şəxsi heyət qarşısında çıxışları yüksək səviyyədə təşkil olunub.
Tədbirlər zamanı Respublika Hərbi Prokurorluğunun yüksəkvəzifəli işçiləri tərəfindən Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının davamlı olaraq yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə barədə şəxsi heyət qarşısında çıxışlar edilib.
Bununla yanaşı, həmin tədbirlər zamanı xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətini stimullaşdırmaq məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 115 hərbçiyə qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

