Dövlət Gömrük Komitəsinin jurnalistlər üçün növbəti təlimi başa çatıb
19.03.2019 [09:19]
Təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında mühüm rol oynayacaq
Məlum olduğu kimi, martın 13-dən 15-nə kimi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Şəkidə “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) təşkil etdiyi təlimə “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Məqsəd gömrük sistemində son yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırmaq, gömrük orqanlarının media ilə səmərəli və işgüzar münasibətlərini daha da gücləndirməkdir.
Xatırladaq ki, tədbirin açılış mərasimində Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov, Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin böyük inspektoru Orxan Vahabov iştirak ediblər. Tədbiri çıxış nitqi ilə açan DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu vurğulayıb və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Jurnalistlər üçün təşkil olunan təlimdə gömrük sistemində islahatlar haqqında ətraflı məlumat verilib, ölkədə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən, nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edilib. Bununla yanaşı, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Nazirlər Kabinetinin müvafiq Qərarı, “Gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələr” və “Yaşıl dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması” mövzusunda təqdimatlar olub.
Jurnalistlər “Mazımçay” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sistemini izləyiblər
Təlim iştirakçıları daha sonra Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər ediblər. Məqsəd bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirməkdir. Səfər çərçivəsində bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır. İdxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat əvvəl qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır.
Məlumat verilib ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib.
Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır. Bu il ümumilikdə 200-dək xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Təlimin ikinci iş günündə isə DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tariflərinin Tənzimlənməsi İdarəsi Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi, gömrük dəyərinin müəyyən edilməsi”, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin baş inspektoru Əliəkbər Heydərov “Qısa idxal bəyannamələrinin ticarətin asanlaşdırılması və risklərin idarə edilməsindəki rolu”, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov “Gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı son yeniliklər” adlı təqdimatlarla çıxış ediblər.
Səfərin növbəti ünvanı isə qonaqlarını öz qədimliyi və əsrarəngiz təbiəti ilə qarşılayan Şəki şəhərinin gəzməli-görməli yerləri, tarix qoxan küçələri olub.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı birinci olub
Təlimin sonuncu iş günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı əmin olduğunu bildirib ki, təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında mühüm rol oynayacaq.
Sonra Baş İdarə rəisinin birinci müavini “Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti” adlı təqdimatla çıxış edərək gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə danışıb.
Daha sonra təlimdə əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb. Jurnalistlər test imtahanı verib, imtahan nəticəsində “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Müşfiqə Bayramlı birinci yerə sahib olub. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

