Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər

BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər

21.02.2019 [09:49]

Çelyabinsk Dövlət Universitetində Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və Avrasiya İqtisadi İttifaqı ölkələrinin şagirdləri arasında keçirilən III beynəlxalq diplomatik oyunların final yarışında Azərbaycanı Bakı Slavyan Universitetinin (BSU) “Kaspi” komandası təmsil edib. Universitetin mətbuat xidmətinin verdiyi məlumata görə, oyunlar A.M.Qorçakova adına İctimai Diplomatiyaya Dəstək Fondunun yardımı, Məzunlar Assosiasiyası və Çelyabinsk Dövlət Universitetinin Avrasiya və Şərq fakültəsinin təşkilatçılığı ilə reallaşıb. Layihəyə “Çelyabinsk vilayəti hökumətinin dəstəyi ilə” statusu verilib. Oyunlarda iştirak edən 46 komandadan 35-i Rusiya Federasiyasını, 11-i isə digər xarici ölkələri təmsil edib.
Bildirilib ki, finalda 3-cü yeri qazanan komandamız diplom və medallarla mükafatlandırılıb. Diplomatik oyunlara 8 mindən çox adam tamaşa edib.
Xatırladaq ki, ötən il dekabrın 19-da BSU-nun “Kaspi” komandası “Ən yaxşı tələbə işi” nominasiyasında Ermənistan komandasını on üç yer geridə qoyub, ilk beşliyə düşərək final mərhələsinə vəsiqə qazanmışdı.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31