Dünyanın ən yaxşı 500 universiteti - “UNEC-100”
31.01.2019 [08:57]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Webometrics” reytinqinin 2019-cu ilin yanvar ayında açıqlanan siyahısında ali məktəb “Akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universities by Google Scholar Citations) meyarı üzrə ölkənin lider universiteti statusunu qazanıb.
Xatırladaq ki, universitet 2015-2016-cı illərdə dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” (“Webometrics”) siyahısına görə, Azərbaycan universitetləri arasında iki il ardıcıl olaraq liderliyini qoruyub. “Webometrics” göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik təsir (Impact) və yüksək keyfiyyət (Excellence) meyarları üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitet olub.
UNEC Böyük Britaniyanın QS agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində 2016-2017-ci illərdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti seçilib. 2017-2018-ci illərdə daha bir uğura imza atan UNEC dünya universitetlərinin veb-populyarlığını müəyyən edən “uniRank” reytinqində ölkə birincisi olub. Reytinq qiymətləndirməsinə əsasən, UNEC internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkəti tərəfindən “Web Science” üzrə ən mütərəqqi universitet seçilərək, “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.
Dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində uğurla addımlayan UNEC dünyanın “Ekoloji cəhətdən ən təmiz” (UI Green Metric World University) universitetlərinin illik reytinq cədvəlində 2017 və 2018-ci illər üzrə ardıcıl olaraq “Yaşıl universitet” statusunu əldə edib.
QS agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 2018-ci ilin iyun və 2019-cu ilin yanvar ayının reytinq sıralamasında UNEC “işəgötürənlərin reputasiyası” meyarına görə Azərbaycanın ən yaxşı universiteti olub.
UNEC-in yüksək beynəlxalq reytinqli universitetə çevrilmək istiqamətində strateji məqsəd, hədəf və fəaliyyətləri “UNEC-100” İnkişaf Strategiyasında da müəyyən olunub. UNEC nüfuzlu reytinq təşkilatları ilə əməkdaşlığı daha da artırmaqla və reytinq təşkilatlarının tələblərini universitet menecmentinin bütün pillələrində daim nəzərə almaqla 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universiteti olmağı hədəfləyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

