Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
24.01.2019 [09:48]
Yanvarın 23-də Bakıda Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs tələbələri, eləcə də magistrlər və doktorantlar üçün “Mediada gender bərabərliyi” mövzusunda təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, təlimin açılış sessiyasında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, üç gün ərzində təlim iştirakçıları yetərincə məlumat alacaqlar, bir-biriləri ilə fikir mübadiləsi apara biləcəklər.
Komitə sədrinin müavini ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə medianın hüquqi bazası möhkəmlənib. Ulu öndər KİV-lərin inkişafına böyük diqqət və qayğı göstərirdi. Onun bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, 2018-ci il mayın 1-dən icrasına başlanılmış gender bərabərliyi və media azadlığı layihəsi təşkilata üzv dövlətdə ilk dəfə həyata keçirilən layihədir. Biz bunu nümunə ola biləcək pilot layihə adlandırsaq yanılmarıq. Əgər layihə uğurlu olsa, Avropa Şurasının digər üzv dövlətləri üçün də model kimi istifadə oluna bilər.
Qeyd edilib ki, söz azadlığı və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimlərin əhəmiyyətindən danışıb. O deyib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə yanaşdığını göstərir. Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərlərin, beynəlxalq standartların tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət daşıyır.
Sonra “Gender bərabərliyi və media sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: Perspektivlər və çağırışlar” adlı sessiyalar çərçivəsində təlimlər başlayıb.
Qeyd edək ki, yanvarın 23-dən 25-dək davam edəcək təlimlərin məqsədi gənc jurnalistlərə və jurnalistika fakültəsinin tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

