“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
17.01.2019 [10:11]
Azərbaycan Dövlət İqtisad Universitetinın (UNEC) “UNEC-100” İnkişaf Strategiyasında 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədə görə, “Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək”, “Tədqiqat universitetinə çevrilmək”, “Sahibkar universitetə çevrilmək”, “Sosial xidmətlərdə aparıcı universitetə çevrilmək”, “Beynəlmiləl universitetə çevrilmək”, “Daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq”, “Yüksək beynəlxalq reytinqli universitetə çevrilmək” strateji məqsədlər kimi təsbit olunub.
Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək istiqamətində UNEC-i seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmağı, tədrisdə gənc müəllimlərin payını yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd imkanlarını artırmağı, onları yataqxana ilə təmin etməyi, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.
Strategiyaya əsasən, aparıcı tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC-in hədəfləri dünya təcrübəsinə uyğun magistratura və doktorantura təhsili vermək, yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmaq, sifariş və qrantlar hesabına tədqiqat layihələri reallaşdırmaq, “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə məqalələrin sayını artırmaq və həmin bazalara daxil olan elmi jurnallara sahib olmaqdır.
UNEC-in sahibkar universitet modelini inkişaf etdirmək məqsədilə müəyyənləşdirdiyi strateji hədəfləri startapların, patent müraciətlərinin və kommersiyalaşan patentlərinin, o cümlədən biznes dünyası ilə birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaqdır.
Sosial xidmətlərdə aparıcı universitet statusu almaq istiqamətində hədəflər milli səviyyəli sosial məsuliyyətlilik layihələri reallaşdırmaq, bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin sosial şəraitini, məzunlarla əlaqəni təkmilləşdirmək, ömür boyu təhsil proqramları üzrə xidmət göstərmək kimi müəyyən olunub.
Beynəlmiləl universitetə çevrilmək və beynəlmiləlləşməni daha da genişləndirmək məqsədilə UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib.
Strategiyaya uyğun olaraq, daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq məqsədilə UNEC-də strateji idarəetməni tam şəkildə tətbiq etmək, insan resursları, informasiya resursları və maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, universitet idarəetmə strukturunu optimallaşdırmaq hədəflər kimi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

