ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
19.12.2018 [09:53]
Azərbaycan Dillər Universitetində (ADU) filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, xalqın həyat tərzində inkişaf nə qədər yüksək səviyyədə gedirsə, dil də onunla paralel şəkildə inkişafını tənzimləyir. “Dil başqa dillərdən sözlər almalı, ünsiyyətə girməli və tərkibində müəyyən dəyişikliklər etməlidir. Ədəbi dilimizdə qarşılığı olan sözlər əvəzinə alınma sözdən istifadə doğru deyil. Eləcə də dilimizə daxil olan alınma söz artıq bizim sözümüzdür, ədəbi dilimizdə hüquq qazanan sözü işlətmək borcumuzdur. Amma dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan vermək olmaz. Mətbuatda dil qüsuru cəmiyyətə öz mənfi təsirini göstərir. Gərək jurnalist müstəqilliyin verdiyi imkandan öz üslubunun ortaya qoyulmasında istifadə edə bilsin. Biz jurnalistin əl-qolunu bağlaya bilmərik ki, öz üslubunu tapmasın. Jurnalist söz manevri də etməli, mövzuya yanaşmanın da yeni-yeni yollarını axtarmalıdır. Əlbəttə, dilin leksik, qrammatik qaydalarını pozarsa, üslub pərakəndəliyinə yol verərsə, dilə ziyan vuracaq. Biz istedadlı jurnalistlərin qayğısına qalmalı, onlara meydan verməliyik ki, öz üslublarını tapa bilsinlər”, - deyə akademik bildirib. O, Prezident İlham Əliyevin dilin inkişafı, onun təmizliyi, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən də danışıb.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, dilin saflığının qorunması ilə əlaqədar KİV-lərdə aparılan monitorinqlər mütəmadi olmalıdır. Yetişən nəslin beynində, barmaq və göz yaddaşında sahman yaradana qədər monitorinqlər davam etməlidir. “Azərbaycançılığın qorunmasında üç əsas amil var - Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik. Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslubi səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq”, - deyə S.Vəliyeva bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə 30-a yaxın dövlət sənədi qəbul olunub. Bu sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunması, Azərbaycan dilinin işləkliyinin təmin olunması əsas şərt kimi qoyulub.
ADU-nun rektoru, akademik Kamal Abdulla isə dövlət başçısının son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamlarının məhz dilimizin inkişafına xidmət etdiyini deyib. Rektor bildirib ki, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır.
Azərbaycan dili kafedrasının müdiri, Dövlət Dil Komissiyasının üzvü Adil Babayev aparıcılara təmənnasız olaraq gündə 6 saat nitq mədəniyyəti, ədəbi redaktə ilə bağlı dərs keçmək təklifi ilə çıxış edib.
Daha sonra qonaqlar ali məktəbin müəllim və tələbələrinin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

