Bakı Fond Birjası ilə UNEC arasında anlaşma memorandumu imzalanıb
15.12.2018 [10:48]
Bakı Fond Birjası (BFB) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında “Təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair” anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, BFB-nin idarə heyətinin sədri Vüqar Namazov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, memorandumun imzalanmasında məqsəd tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, sahiblik düşüncə tərzinin formalaşdırılması, qiymətli kağızlar bazarının inkişafına dair birgə elmi tədqiqatların aparılması, BFB-nin “Listinq Məsləhət Proqramı” çərçivəsində investisiya vasitələrinin idarə olunması prinsiplərinin aşılanması imkanlarının dəyərləndirilməsi, şirkətlərin qiymətli kağızlar bazarına çıxış üçün hazırlanması, onlara təlim və məsləhət xidmətləri göstərilməsi, qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək verilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasında birgə əməkdaşlıq etməkdir.
UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin praktiki vərdiş və biliklərə sahib olmasında real sektorla əməkdaşlığın əhəmiyyətli rolu olduğunu bildirib. O, Bakı Fond Birjası ilə təcrübə və informasiya mübadiləsi, faydalı tədqiqatların həyata keçirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. V.Namazov elmi və praktiki institutların sinerjisinin Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, yüksəkixtisaslı kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini qeyd edib. Həmçinin Listinq Məsləhət Proqramına cəlb edilmiş şirkətlərə fundamental biliklərin çatdırılmasında UNEC-in mühüm rol oynayacağını bildirib.
Memorandum çərçivəsində tərəflərin təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması, informasiya mübadiləsi və müvafiq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində professor-müəllim heyətinin və tələbələrin kapital bazarları sahəsində təcrübə mübadiləsi, tələbələrarası simulyasiya yarışlarının təşkili, kapital bazarlarında mövcud problemlərin həll edilməsi məqsədilə birgə akademik müzakirələrin keçirilməsi, şirkətlərə birja fəaliyyəti və qiymətli kağızlarla bağlı mövzular üzrə tövsiyələrin verilməsi həyata keçiriləcək.
Bundan əlavə, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulan şirkətlərin ehtiyaclarına uyğun olaraq, UNEC və BFB-nin ixtisaslaşmış ekspertləri tərəfindən təlimlərin keçirilməsi və konfransların təşkili də nəzərdə tutulub.
Professor-müəllim heyəti və magistrlərin maliyyə bazarları üzrə elmi-tədqiqat araşdırmalarına kömək məqsədilə qiymətli kağızlar bazarı haqqında məlumatların əldə olunmasında BFB tərəfindən müvafiq dəstək göstəriləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

