/ / “Kompas” və “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub
“Kompas” və “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub
11.12.2018 [09:49]
Dekabrın 10-da Bakıda Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı, gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum keçirilib. Forum çərçivəsində gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə “Kompas” və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, forumun keçirilməsində məqsəd Azərbaycanda insan hüquqları və vətəndaşlıq təhsili barədə gənclər, təhsil və insan hüquqları sahəsində fəaliyyət göstərən tərəfdaşlar və iştirakçılarla fikir mübadiləsi aparmaqdır.
Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyət narahatvericidir. Münaqişələr nəticəsində dünyada fundamental insan hüquqlarının pozulması ilə yanaşı, müxtəlif cəmiyyətlərdə irqi, dini ayrı-seçkilik halları da çoxalıb.
Azərbaycanda insan hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını deyən B.Muradova bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında insan hüquqlarının, azad yaşamaq, təhsil almaq və digər fundamental hüquqların təmin edilməsi əksini tapıb. Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, aidiyyəti təşkilatlarla əməkdaşlıq edir. İnsan hüquqlarının təmin edilməsi sahəsində görülən genişmiqyaslı işlər ölkəmizdə daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir.
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Avropa Şurasının Gənclər Departamentinin insan hüquqlarının gənclər arasında təbliğinə və tədrisinə yönəlmiş “İnsan hüquqlarının təhsili üzrə gənclər layihəsi” bu sahədə görülən işlərə mühüm töhfədir. “İnsan hüquqları təhsili üzrə gənclər proqramı” kimi də tanınan layihənin əsas hədəflərindən biri “Demokratik vətəndaşlıq və insan hüquqları təhsili üzrə Avropa Şurası Xartiyası”nın icrası prosesində gənclər sahəsində çalışan qeyri-hökumət təşkilatlarının rolunu dəstəkləmək və gücləndirməkdir. Buna nail olmaq üçün insan hüquqlarının təhsili üzrə vəsait və resursların hazırlanması və paylaşılması ilə yanaşı, təlimçilər, multiplayerlər və insan hüquqları təhsili üzrə vəkillər üçün bacarıq artırma tədbirləri də keçirilir. Layihə çərçivəsində “Kompas” və “Öz sözünü de” vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi və istifadəsi bu baxımdan mühüm rol oynayır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə “Kompas” və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə olunması gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsinə mühüm təkan verəcək. Gənclər və İdman Nazirliyi ilə Avropa Şurası arasında xüsusi ikitərəfli əməkdaşlıq fəaliyyətləri ilk dəfə olaraq Avropa Şurasının 2016-2017-ci illərdə Azərbaycan üzrə Fəaliyyət Planına daxil edilib. Bu fəaliyyət Azərbaycandan olan gənc liderlər və fəallar üçün bacarıq artırma tədbirləri, insan hüquqları təhsili və demokratik vətəndaşlıq layihələri üzrə qruplaşdırılıb.
Gənclərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini deyən nazir müavini ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıb.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə digər sahələrlə yanaşı, insan hüquqlarının təmin olunmasına da xüsusi diqqət yetirib. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bütün fundamental hüquqlar əksini tapıb.
Diqqətə çatdırılıb ki, insan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır. Azərbaycanda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işləri aparılır. İnsan hüquqlarının pozulmasının mərkəzində dayanan əsas məsələlərdən biri də zorakılıq olduğunu vurğulayan ombudsman qeyd edib ki, zorakılığın qarşısını almaq üçün həyata keçirilən tədbirlər səmərəli nəticələr verir. Uşaqların insan hüquqları sahəsində biliklərə yiyələnməsinin təmin olunması üçün geniş maarifləndirmə işləri aparılır. Ümumiyyətlə, Azərbaycanda insan hüquqları sahəsində sistemli iş həyata keçirilir. Azərbaycan Prezidenti tərəfindən imzalanan Milli Fəaliyyət Planı bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Xüsusi tapşırıqlar üzrə səfir Elşad İsgəndərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova forumun təşkilinin və hər iki vəsaitin Azərbaycan dilində çapdan çıxmasının gənclərin insan hüquqları ilə bağlı biliklərinin artırılmasında rolunu vurğulayıblar.
Sonra “Kompas” və “Öz sözünü de” təlimat vasitələrinin Azərbaycan dilinə tərcümə edilmiş versiyaları təqdim olunub.
Daha sonra ortaq fəaliyyət çərçivəsində keçirilən seminarların iştirakçılarına sertifikatlar təqdim olunub.
Açılış çıxışlarından sonra Avropa Şurasının gənclər departamentinin təhsil və təlim şöbəsinin müdiri Rui Qomeş “Demokratik vətəndaşlıq və insan hüquqlarının təhsilinə dair Avropa Şurasının praktiki yanaşmaları” mövzusunda təqdimatla çıxış edib.
Qısa fasilədən sonra tədbir işini “Azərbaycanda insan hüquqlarının təhsili və gənclərin iştirakı - çağırışlar və perspektivlər” mövzusunda panel iclası ilə davam etdirib.
İclasda gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru, Avropa Şurasının Təhsil Siyasəti Məşvərətçiləri Şəbəkəsinin (EPAN) üzvü Vəfa Yaqublu və Ombudsman Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış ediblər.
Sonda “Kompas” və “Öz sözünü de” təlimat vəsaitləri və onlardan istifadə qaydalarına dair seminar keçirilib.
Xəbər lenti
Hamısına baxGündəm
26 May 11:26
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22

