Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub
11.12.2018 [09:48]
Heydər Əliyev Mərkəzində erkən dəmir dövrünə aid bəzək əşyalarının təqdimatı olub. Eksponatlar Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı - yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb.
Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.
Həmin mərhələ arxeoloji dövrləşmədə (eradan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri) son tunc - erkən dəmir dövrü adlandırılır.
Bu bəzək əşyaları sayına və rəngarəngliyinə görə Azərbaycanın qədim tarixinə aid aşkar edilmiş qızıldan olan ən zəngin tapıntılardır.
Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan “Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, instituta dövlət səviyyəsində göstərilən böyük diqqət sayəsində arxeoloji tədqiqatlar daha da genişlənir. O deyib: “Bu gün arxeoloji ekspedisiyalar nəticəsində yüzlərlə tarixi abidələr, maddi-mənəvi dəyərlər üzə çıxır. Bu tapıntılar bir daha Azərbaycanın ən qədim insan məskənlərindən, sivilizasiya mərkəzlərindən olduğunu göstərir”.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib ki, hazırda təqdimatı keçirilən bu arxeoloji tapıntılar hələ eramızdan əvvəl, 3000-2700 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir və bu zinət əşyaları həmin dövrün araşdırılması baxımından yüksək tarixi dəyərə malikdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

