ADPU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
11.12.2018 [09:45]
Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 saylı tədris binasındakı Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Əvvəlcə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, qüdrətli şəxsiyyətlərinin sırasında yer alıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev həyatı mübarizə və qələbələrdən keçən, Öz xalqının tarixi taleyində müstəsna rol oynayan dahi şəxsiyyətdir: “Ulu öndər Heydər Əliyev xalqımızın qarşısında misilsiz xidmətlər göstərərək Ümummilli lider zirvəsinə yüksəlib”.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, qədirbilən xalqımız hər il Ulu öndərə vəfa borcunu layiqincə yerinə yetirir. O bildirib ki, Heydər Əliyev Azərbaycanı çətinlik girdabından xilas edib, müstəqil dövlətimizi quraraq gücləndirib, inkişaf perspektivlərini müəyyən edib və beynəlxalq miqyasda layiqincə tanıdib: “Bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır”.
Rektor həmçinin, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi elm və təhsil siyasətinin uğurlarından da ətraflı bəhs edib.
Tədbirdə universitetin Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “Heydər Əliyevin siyasi portretinin cizgiləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına, millətinə, Vətəninə məhəbbətindən, elm və təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, yüksək intellektual səviyyəyə malik gənc nəslin yetişdirilməsi üçün həyata keçirdiyi gənclər siyasətindən ətraflı danışıb.
Tədbirdə həmçinin Nərimanov RİH başçısının müavini İradə Mahmudova, YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP-ın təsis konfransının iştirakçısı olmuş Südabə Qəhrəmanova çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi tarixi xidmətlərlə bağlı öz fikirlərini bölüşüblər. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər qeyd ediblər ki, Ümummilli liderin ideyaları bu gün də yaşayır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir.
Sonda universitetin tələbələrinin təqdimatında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi kompozisiya nümayiş etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53

