Azərbaycanda mötəbər tədbirlərin yüksək səviyyədə təşkil olunmasında könüllülərin rolu böyükdür
08.12.2018 [10:06]
Bakıda Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib
Dekabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzinin foyesində ölkəmizdə könüllülük hərəkatına dair stendlər quraşdırılıb, 70-dək şirkətin iştirakı ilə əmək yarmarkası təşkil olunub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov festivalın açılışında çıxış edərək ölkəmizdə könüllülük hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb. O, könüllü gənclərimizin beynəlxalq arenada qazandıqları uğurlardan və Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin könüllülük hərəkatına diqqət və qayğısından söhbət açaraq deyib: “Bu gün ilk dəfə keçirilən festivalda ölkəmizdə könüllülük hərəkatının üzvləri iştirak edirlər. Festival çərçivəsində, həmçinin doqquz təşkilat öz stendlərində könüllülük fəaliyyəti ilə bağlı gördükləri işlərə dair təqdimatlar edirlər. Könüllülük fəaliyyətinin əsasında cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Gənclər Fondu da könüllülük fəaliyyətinə dəstək olan qurumlardan biridir. Fondun fəaliyyət göstərdiyi yeddi il ərzində bu istiqamətdə yüzlərlə layihə icra olunub. Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbir və yarışların uğurlu təşkilində könüllülərin rolu böyükdür. Buna görə də onlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır”.
Fondun icraçı direktoru bütün könüllüləri təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclərin Dünya Assambleyası beynəlxalq təşkilatının baş katibi Ediola Paşollari çıxışında Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib. O, könüllülük fəaliyyətinin gənclərin inkişafına təkan verdiyini, onlara humanistlik duyğuları aşıladığını diqqətə çatdırıb.
Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan gənclərinə təbriklərini çatdırıb. Könüllülüyü nəcib fəaliyyət adlandıran Q.Petuşkov könüllülərimizin fəaliyyətini yüksək qiymətləndirib. Qonaq, həmçinin öz ölkəsində gənclərin könüllülük fəaliyyətindən də danışıb.
Tədbirin gedişində “ASAN Könüllüləri”nin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Formula 1 Könüllüləri”nin və “Bir Könüllüləri”nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc könüllü” proqramının təqdimatı olub.
Rəsmi hissədən sonra festival işini “Tələbə və gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklüziv könüllülük - könüllülüyü ictimaiyyətə necə açıq etmək olar?” və “Könüllülük sahəsində beynəlxalq təcrübə və standartlar” mövzularında paralel sessiyalarla davam etdirib.
Festival çərçivəsində, həmçinin Bakı Konqres Mərkəzinin foyesində oyun, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Panel müzakirələrdə fəal iştirak edən və təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş könüllülər sertifikatlarla təltif olunublar.
Festival çərçivəsində, həmçinin il ərzində yüksək fəallıq göstərən 100 gənc üçün ikigünlük qış düşərgəsi təşkil ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40

