Azərbaycanın multikulturalizm ənənələri İsveçrə ictimaiyyətinə təqdim olunub
01.12.2018 [11:23]
Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin sosial elmlər fakültəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, Friburq Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri mühazirədə E.Nəcəfov auditoriyanı Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb.
Mühazirədə qeyd edilib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də xalqımızın həyat tərzidir. Azərbaycan etnik və dini zəmində münaqişənin yaşanmadığı nadir dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə məxsus mədəniyyət abidələri qorunduğu halda, Ermənistanın işğalı altında olan torpaqlarımızda Azərbaycanın dini-mədəni abidələrinin dağıdıldığı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, daxili siyasət kimi, multikulturalizmin Azərbaycanın xarici siyasətinə təsirinə, bu təsirin xarici siyasətimizi əməkdaşlıq və dinlərarası dialoqu təşviq etməyə yönəltdiyinə toxunulub. Bu kontekstdə auditoriyaya “Bakı Prosesi” və bu proses çərçivəsində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib.
Daha sonra auditoriyanın Azərbaycanın dünyəvi dövlət ənənələri, dini icmaların fəaliyyətinin tənzimlənməsi, ölkəmizdə dini və milli kimlik anlayışları, Azərbaycanın gələcəyə baxış strategiyası, “Bakı Prosesi” çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq təşəbbüsləri və s. barədə suallarına aydınlıq gətirilib.
Sonda Friburq Universiteti tərəfdən mühazirənin təşkilatçısı olan professor Ansqar Yödikeyə “Azərbaycan multikulturalizmi” və “Azərbaycan multikulturalizminin ədəbi qaynaqları” kitabları hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

