Azərbaycanlı doktorant Rusiyada qalib oldu
28.11.2018 [09:49]
İlyas Hüseynov beynəlxalq elm-təhsil forumunda “Ən yaxşı natiq” nominasiyası üzrə birinci yerə layiq görülüb
Son dövrlərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Məhz görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri böyük uğurlara imza atır, cəmiyyət həyatında mühüm rol oynayırlar.
Belə gənclərimizdən biri də Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynovdur. O, 9-14 oktyabr tarixlərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında keçirilən PROnatiqlik “Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti” adlı beynəlxalq elm-təhsil forumunda Azərbaycanı təmsil edib. İ.Hüseynov “Ən yaxşı natiq” nominasiyası üzrə birinci yerə layiq görülərək müvafiq fəxri fərmanla və kubokla təltif olunub.
Qəzetimizin qonağı olan İlyas Hüseynov oxucularımızla öz hisslərini bölüşüb: “Belə nüfuzlu elm-təhsil forumunda Azərbaycan təmsilçisinin qalib gəlməsi son dərəcə qürurvericidir. Qalib gələrkən Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında təqdim olundum. Qələbəmiz Rusiya Federasiyasının mətbuat orqanlarında da geniş işıqlandırıldı. Ən böyük arzum Vətənimi beynəlxalq arenada layiqincə təmsil etmək olub”.
Həmyerlimizin sözlərinə görə, layihə Rusiyanın Qorçakov adına Fondunun və Prezident Qrantları Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Bu beynəlxalq forumda Azərbaycan da daxil olmaqla, Rusiya Federasiyasının müxtəlif subyektlərindən, Amerika Birləşmiş Ştatlarından, Zambiyadan, Bolqarıstandan, Sloveniyadan, Tacikistandan, Serbiyadan, Ukraynadan və Ermənistandan 50 nümayəndə iştirak edib.
İ.Hüseynov bildirib ki, sözügedən layihə bir neçə mərhələdə reallaşıb - əvvəlcə iştirakçılar özündə müxtəlif formatlı (testlər, video materiallar, audio dərslər) nəzəri və praktiki tapşırıqları birləşdirən distant təlim kursu keçiblər. Daha sonra qiyabi təhsili uğurla başa vuran seçilmiş iştirakçılar yeni biliklər qazanmaqla yanaşı, növbəti mərhələyə keçid alıblar. Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində isə layihənin əyani mərhələsi keçirilib.
Həmçinin iştirakçılar təhsil proqramlarının mənimsənilməsi üçün nəzərdə tutulmuş 4 günlük gücləndirilmiş kurs və praktiki məşğələlər (müzakirələr, danışıqlar, ictimai çıxışlar, interaktiv oyunlar və müxtəlif tapşırıqlar) keçiblər. PROnatiqlik forumunda ekspertlər qismində çıxış edən təlimçilər arasında Rusiyada natiqliklə bağlı yüzlərlə seminar təşkil edən, böyük diplomatik staja malik olan, dünyanın müxtəlif universitetlərində mühazirələr oxuyan beynəlxalq səviyyəli natiqlər iştirak ediblər. Parlament debatları formatında təşkil olunan “Qafqaz debatları” mərhələsində iştirakçılar iki mərhələdə keçirilən nəzəri təlimlərdə qazandıqları bilikləri əyani şəkildə nümayiş etdirmək şansı əldə ediblər: “Debatlarda “Pensiya islahatı - dövlətin məcburi tədbiridir”, “ABŞ hökuməti “Stand your ground” qanununun geniş yayılmasından təəssüflənir”, “İnkişaf etməkdə olan ölkələr Qərb inkişaf yolunu seçməlidirlər” kimi aktual mövzular müzakirə olundu. Deyə bilərəm ki, PROnatiqlik forumunun nəticəsində natiqlik sənətinin bir sıra sirlərinə yiyələnmiş olduq. Eyni zamanda, konstruktiv dialoq meydançalarında öz məharətimizi nümayiş etdirmək, o cümlədən debatlar və ictimai çıxışların peşəkarları ilə ünsiyyətdə olmaq imkanı əldə etdik”.
Qeyd edək ki, auditoriyanın tərkibinin müxtəlif mədəni, milli, dini və digər xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması forumun əhəmiyyətini xüsusilə artıran amillər sırasına daxil olub. Layihənin sonunda Natiqlərin Beynəlxalq İttifaqının əsasnaməsi yekdilliklə qəbul edilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20

