Ədliyyə naziri bir sıra beynəlxalq görüşlər keçirib
24.11.2018 [11:01]
Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizdə səfərdə olublar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar konfransda çıxış edərək hüquqi dövlətdə ədliyyə sisteminin mühüm rolunu, Azərbaycan ədliyyəsinin davamlı inkişafını və əldə etdiyi nailiyyətləri, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın səmərəsini, faydalı təcrübə mübadiləsinin aparılmasını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdıraraq, Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə təbriklərini ifadə ediblər.
CEPEJ-in prezidenti qeyd edib ki, ölkəmiz Avropa dövlətləri arasında məhkəmə sahəsində ən dinamik inkişaf edən dövlətlərdəndir və müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmə sistemində qabaqcıl İKT-lərin tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahəsində ön sıralarda dayanır. O, bu sahədə həyata keçirilən layihələrin digər dövlətlərə örnək kimi təbliğ olunduğunu bildirib, Azərbaycanın müsbət təcrübəsindən artıq bir çox dövlətlərin, o cümlədən Avstriyanın istifadə etdiyini vurğulayıb.
Konfrans çərçivəsində Türkiyənin və Belarusun ədliyyə nazirləri, Gürcüstanın ədliyyə nazirinin birinci müavini və CEPEJ-in prezidenti ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşləri keçirilib.
Görüşlərdə qonaqlar dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb, qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər. Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara böyük maraq göstərərək əldə olunan nailiyyətləri təqdir edib, bu sahədə ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə nümunə olduğunu vurğulayıblar.
Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirlərdə Azərbaycanın baş prokuroru Zakir Qaralov və digər məsul şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

