DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
21.11.2018 [08:50]
Noyabrın 20-də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, ölkə başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin səfirliklərinin, elm-təhsil qurumlarının, QHT-lərin, biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini bildirib. O, ötən dövr ərzində bu istiqamətdə nəzərəçarpan irəliləyişlər olduğunu qeyd edib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatlardan danışan Əli Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının ölkə başçısının sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib. Bildirilib ki, DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası yerli və beynəlxalq ekspertlərin iştirakı ilə, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb. Nəticədə 124 xidmət “vahid pəncərə”də vətəndaşlara təqdim olunub.
Qeyd edilib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub.
Sonra “e-sosial” internet portalının, DOST Agentliyinin konsepsiyasının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimatı olub.
Təqdimatlar zamanı qeyd olunub ki, “e-sosial” internet portalı sosial reyestr xarakteri daşıyır. Portal vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir. Portalda vətəndaşa “proaktiv xəbərdarlıqlar”, “məsləhətlər” bölməsi fəaliyyət göstərir. Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar edilməklə hüquqları barədə məlumat veriləcək. Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intellektual analizlər apararaq interaktiv təşəbbüslərlə çıxış edəcək. Portala istifadəçi adı və şifrə əldə etməklə e-imza və ASAN imza ilə daxil olmaq mümkündür.
Növbəti təqdimat çərçivəsində DOST Agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin təşkili üçün müvafiq hüquqi çərçivə, qanunvericilik layihələri, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramı, eləcə də mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması istiqamətində aparılan işlər və onların nəticələri barədə məlumat verilib. DOST regional proqramından bəhs olunub, 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirilib. DOST-un əsas missiyasının ölkə əhalisinin DOST mərkəzləri şəbəkəsi və müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaradılması olduğu diqqətə çatdırılıb. E-sosial, e-pensiya, e-məşğulluq və digər alt sistemlər üzrə təqdim olunacaq xidmətlər, əyani müraciət edənlərlə yanaşı, səyyar formada əhaliyə göstəriləcək xidmətlər, məsləhət və məlumat xidmətlərinin təşkili üzrə görüləcək işlər və s. barədə məlumat verilib.
Tədbir iştirakçıları nazirliyin yeni loqosu və saytı ilə tanış olublar. Bildirilib ki, loqoda istifadə olunan komponentlər nazirliyin məram və hədəflərini ifadə edir, “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır. Bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəffaflığı ifadə edir. Yeni sayt - www.sosial.gov.az istifadəçiyə nazirlik, nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir, bu xidmətlərə müraciət üçün prosedurları sadə şəkildə izah edir, həmçinin e-xidmətlərə birbaşa çıxışa imkan yaradır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək əhalinin sosial rifahının və xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, təqdimatlarla bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

