Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
21.11.2018 [08:38]
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib.
Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, yığıncağa Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri də qatılıb.
Komitə sədri Fuad Muradov çıxış edərək xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu deyib. Son dövrlər diaspor sahəsində görülən işlər, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən soydaşlarımız Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, ana dili məktəblərinin sayının artırılmasının zəruriliyini bildirib, Amerikada yaşayan istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndiriblər. Eyni zamanda, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.
Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və Şuranın tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.
Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Dövlət Komitəsinin sədri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu deyib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruriliyini vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

