Jurnalistlər “Mazımçay” gömrük postunda tətbiq edilən yeniliklərlə tanış olublar
20.11.2018 [09:11]
Bu gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir
Noyabrın 17-də Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər təşkil olunub. Dövlət Gömrük Komitəsinin (DGK) təşkil etdiyi mediatura “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. Məqsəd jurnalistlərə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.
“Mazımçay” gömrük postunda bir gün
Səfər zamanı bizə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə ətraflı məlumat verildi. İdxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumat əldə etdikdən sonra gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak etdik. Verilən məlumata görə, ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə (VAİS) daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır. Bir sözlə, əyani tanışlıq zamanı gömrük postunda bütün proseslərin informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirildiyinin şahidi olduq.
Daha sonra Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov ilə həmsöhbət olduq. Bu ilin oktyabr ayında “Mazımçay” gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsinin keçdiyini deyən A.Abasovun sözlərinə görə, komitə dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Həmin bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilir. Bu bukletlər üçün xüsusi dolablar hazırlanır və burada həm Dövlət Gömrük Komitəsinin, həm də digər dövlət qurumlarının müvafiq məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək.
Ermənistan mənşəli məhsulların ölkəyə gətirilməsinin qarşısı alınır
Səfər çərçivəsində “Mazımçay” gömrük postunun müvəqqəti saxlanc anbarı ilə də tanış olduq. Bizə malların müvəqqəti saxlanc anbarına götürülməsi və təhvil verilməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəaları barədə izahat verildi. Belə ki, müvafiq qanunvericiliyə uyğun olaraq anbarda ay ərzində nəzərdə tutulan miqdardan (30 kq) artıq məhsul gətirən vətəndaşların malları sənədləşdirilmiş şəkildə saxlanılır. Bildirilib ki, tez xarab olan məhsullar 3 gün müddətinə, keyfiyyətini itirməyən mallar isə maksimum 4 ay müddətinə bu anbarlarda saxlanılır. Həmin malların sahibləri 4 aydan sonra malları götürmədikləri təqdirdə onlar gömrük qaydalarına uyğun şəkildə məhv edilir. Burada xarici turistlərin ölkəyə keçirmək istədikləri Ermənistan istehsalı olan məhsullara da rast gəldik. DGK əməkdaşları bildirdilər ki, saxlanılmış bütün erməni istehsalı olan məhsullar yandırılaraq məhv ediləcək.
“Bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsi reallaşdırılacaq
Səfər çərçivəsində media nümayəndələrinə yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə - elektron növbə sistemi barəsində də məlumat verilib. Bildirilib ki, bu sistem vasitəsilə vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti barədə əvvəlcədən məlumat ala biləcəklər. Yeni sistem tətbiq edildikdən sonra internetə çıxışı olan istənilən məkandan gömrük-keçid məntəqəsindəki vəziyyət barədə məlumat almaq imkanı əldə ediləcək. Sistemdə gömrük-keçid məntəqəsindəki sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirə biləcək. Bu sistem həm də sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına şərait yaradacaq.
DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bir müddətdir “bir pəncərə” sistemi çərçivəsində həyata keçirilən “Bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsi barədə də məlumat verib. Bildirib ki, bu məqsədlə gömrük əməkdaşlarına xüsusi kurs keçirilib və proses yekunlaşdırılır.
Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.
Həmçinin məlumat verilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda ikinci ödəniş məntəqəsi yaradılıb. Artıq bununla bağlı “Azərpoçt” ilə müqavilə imzalanıb. Hazırda idxal və ixrac xəttində iki ödəniş xidməti həyata keçirilir. Bu isə əlavə vaxt itkisinin qarşısını almağa kömək edir.
Müşfiqə BAYRAMLI
Bakı-Balakən-Bakı
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

