Yüksəkkeyfiyyətli qida məhsullarının idxalı üçün sahibkarlara hər cür kömək göstəriləcək
01.11.2018 [09:03]
Oktyabrın 31-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə sədr əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin agentlik qarşısında duran əsas vəzifə olduğunu bildirib. O, ölkəyə təhlükəsiz, eləcə də beynəlxalq standartlara uyğun qida məhsullarının idxalının qida təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Onun verdiyi məlumata görə, son dörd ayda ölkəmizə qida məhsulları idxal edən şirkətlər üzərində dövlət nəzarəti zamanı 56 şirkətin idxal etdiyi məhsulların təhlükəsiz olduğu müəyyən edilib. Onların ölkəyə idxal etdiyi qida məhsullarının laborator ekspertizasının nəticələri bunu deməyə əsas verir.
Agentlik sədri əlavə edib ki, noyabrın 1-dən qida məhsulları idxal edən bir sıra şirkətlərə asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq: “Yəni daha aşağı riskli məhsulların laborator müayinəsi, ekspertizası və nəzarətə cəlb olunma tezlikləri daha uzun müddətli, yüksək riskli məhsulların araşdırılması isə daha sıx tezliklə həyata keçiriləcək. Bu, sahibkarlara daha asanlıqla müxtəlif ölkələrdən qida məhsulları idxal etməyə imkan verəcək”.
Sahibkarlarla görüşdə qeyd olunub ki, son illər milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiq olunması yerli istehlakçıların hüquqlarının müdafiə olunmasına və idxal zamanı qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət imkanlarını genişləndirir. Agentliyin sədri ölkəyə təhlükəsiz və yüksəkkeyfiyyətli qida məhsullarının idxalı, qida zəncirinin bütün mərhələlərində, eləcə də qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanılması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini sahibkarların nəzərinə çatdırıb. O, bundan sonra da idxalçı sahibkarlara hər bir metodiki kömək göstəriləcəyini, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işlərinin davam etdiriləcəyini də bildirib.
Q.Təhməzli jurnalistlərin suallarına cavab verərkən deyib: “Qida təhlükəsizliyi ilə əlaqədar sanitariya-gigiyena qaydaları ən çox ictimai iaşə müəssisələrində, şadlıq evlərində, xüsusilə də insanların kütləvi qidalanma məkanlarında pozulur. Həmin müəssisələrdə xüsusi monitorinqlər keçiriləcək. Qida təhlükəsizliyi sahəsində agentliyin aparacağı yoxlamalar zamanı, əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək. Müəssisə sahiblərinə mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsinin qadağan olduğu və yalnız qida təhlükəsizliyi sertifikatı ilə təmin olunmuş ərzaqların istifadəsinin vacibliyi xatırladılacaq. Ümumiyyətlə, bütün iaşə müəssisələrinin istifadə etdikləri məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları isə dövri tibbi müayinələrdən keçməlidir. Qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərə uyğun olmalıdır. Əks təqdirdə həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər görüləcək”.
Görüşdən sonra agentliyin sədri jurnalistləri maraqlandıran bir sıra suallara cavab verib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

